İSLAMIN MÜTLƏQ HAKIMIYYƏTI VƏ KÜFRÜN MƏHV EDILMƏSI

Qur`ani Kərim üç yerdə və`də vermişdir ki, Allah Taala müqəddəs islam dinini bütün dünya dinlərinə qalib edəcəkdir:
هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ...
«O həmin Allahdır ki, Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərmişdir ki, o dini bütün dünya dinlərinə qalib etsin.»[1]
Şəkk yoxdur ki, Allah Taalanın və`dəsi hökmən gerçəkləşəcəkdir və onda pozuntuya yol yoxdur. Çünki Allah Taala buyurur:
...إِنَّ اللّهَ لاَ يُخْلِفُ الْمِيعَادَ
Həqiqətən Allah Öz və`dəsinə xilaf çıxmaz. (Ali İmran 9)
Lakin mə`lum olduğu kimi Peyğəmbəri Əkrəm (s) və ilahi övliyaların göstərdikləri ciddi-cəhdlərin varlığı ilə, belə indiyə qədər və`dəsi verilən bu mübarək gün həyata keçməmişdir[2] və bütün müsəlmanlar buna ümid bəsləyirlər ki, bu gün gəlib çatsın. Əlbəttə, bu real bir arzudan ibarətdir ki, onun kökü məsumların bəyanlarına qayıdır.
Buna əsasən, Allahın bu vəlisinin hakimiyyəti dövründə tohid kəlməsi «Əşhədu əlla ilahə illəllah, Əşhədu ənnə Muhəmmədən rəsulullah şüarı hər yerdə deyiləcək, şirk və küfrdən əsər-əlamət qalmayacaqdır.
İmam Baqir (ə( ayəsinin təfsirində buyurur[3]
وَقَاتِلُوهُمْ حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلّه...
Bu ayənin təvili hələ gəlməmişdir. Bizim Qaimimiz qiyam edən zaman onun zamanını görənlər bu ayənin təvilini görəcəklər və hökmən (o dövürdə) Mühəmmədin dini gecənin çatdığı hər bir yerə çatacaqdır (yə`ni dünya səviyyəli olacaqdır). Belə ki, yer üzərində necə ki, Allah taalanın buyurduğu (və`də verdiyi kimi) şirkdən heç bir əsər əlamət qalmayacaqdır [4]
Əlbəttə, islamın bu cür dünya səviyyəli olması bu müqəddəs dinin haqq və gerçək bir din olması səbəbilədir ki, Məhdi (ə)-ın dövranında daha aşkar şəkildə olacaq, bütün insanları özünə cəlb edəcəkdir, yalnız günahkarlıq və tüğyançılıq üzündən ona qarşı çıxanlar istisnadır ki, Həzrəti Məhdi (ə)-ın qılıncı – Allahın intiqam qılıncı vasitəsilə onlardan intiqam alınacaqdır.
Bu bölmədə araşdırılan axırıncı məsələ bundan ibarətdir ki, İmam Məhdi (ə)-ın hökuməti sayəsində yaranan əqidəvi vəhdət dünya səviyyəli vahid bir cəmiyyətin təşkil olunması üçün çox münasib bir zəminədən ibarətdir və dünya etiqadda həmin yeganəlik və ittihadın ardınca tohid quruluşu və qanunundan ibarət olan bir cəmiyyəti qəbul edəcək, daha sonra onun sayəsində özünün fərdi və ictimai əlaqələrini vahid bir əqidə və məramdan irəli gələn meyarlar əsasında tənzim edəcəkdir. Bu bəyana əsasən, bütün insanların əqidə cəhətindən vahid din bayrağı altında birləşməsi ciddi ehtiyac və zərurətdir ki, İmam Məhdi (ə)-ın hökuməti dövründə bərqərar olunacaqdır.
Ümumi təhlükəsizlik
Məhdi (ə)-ın yaxşılıqların tam mə`nadahəyatın bütün sahələrində əhatəli olduğu hakimiyyəti dövründə ən böyük ilahi ne`mətlərdən, biri kimi, insanın ən ali arzularından olan təhlükəsizlik və asayişin bərqərar edilməsidir.
İnsanlar o zaman vahid bir əqidə və mərama tabe olaraq öz cəmiyyətlərini yüksək əxlaqi prinsiplər əsasında qursa və ədalət onların fərdi və ictimai həyatlarının hər bir sahəsində bərqərar olunsa, onda artıq təhlükəsizliyin aradan getməsi və qorxu üçün heç bir bəhanə yeri qalmayacaqdır. Hər kəs ilahi və insani hüquqlarına nail olduğu, hətta hakimlər təbəqəsindən və ya onlardan aşağı səviyyələrdə belə olmasından aslı olmayaraq təcavüzkarlıqdan və haqqı tapdalamaqdan çəkinərsə, onda ümumi və ictimai təhlükəsizlik qərarlaşacaqdır.
İmam Əli (ə) buyurmuşdur: «Bizim əlimizlə (və bizim hökumətimizdə) ağır günlər ötüb keçəcək... Bizim Qaimimiz qiyam edən zaman kin-küdurətlər qəlblərdən çıxacaq, hətta heyvanlar da bir-biri ilə yanaşı yaşayacaq. (O dövrdə o qədər təhlükəsiz bir mühit icad olunacaqdır ki), qadın özünün bütün zinətləri belə, İraqdan Şama gedəcək və heç bir şey onu qorxutmayacaqdır.»[5]
Əlbəttə, ədalətsizlik, hərislik və kin-küdurətlər dövründə yaşadığımız hazırkı dövrdə belə bir ideal cəmiyyətin təsəvvür olunması çox çətindir, lakin qeyd olunduğu kimi, əgər bütün çirkinliklərin və pisliklərin amillərinə diqqət yetirsək və bu amillərin haqq hökumətinin hakimiyyəti dövründə kökünün kəsiləcəyini nəzərə alsaq, onda biləcəyik ki, əmin-amanlıq cəmiyyətinin gerçəkləşməsinə dair verilən ilahi və`də labüdür.
Allah-Taala Qur`ani-Kərimdə buyurmuş:
وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا وَمَن كَفَرَ بَعْدَ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ
«Allah sizdən olub iman gətirənlərə... və`də vermişdir ki, yəqin şəkildə yer üzərində onları xəlifə (və Özünün canişinləri) qərar versin... Qorxuda və nigarançılıqda olduqlarından sonra əmin-amanlıq və asayişi onlara əta edəcək.»[6]
İmam Sadiq (ə) bu ayənin barəsində buyurmuşdur: «Bu ayə Qaim imamın və onun köməkçilərinin barəsində nazil olmuşdur.»[7]
[1] Tövbə surəsi, ayə 33, Fəth surəsi, 28, Səff surəsi, 9
[2] Bu söz sadəcə bir iddia deyil, tarixi bir gerçəklikdir. Böyük sünni və şiə təfsirçiləri bu barədə söhbət açmışlar. Fəxr Razi təfsir kitabı, 16-cı cild, səh. 40-da Qurtubi öz təfsirində 8-ci cild, səh. 21, Təbərsi Məcməul bəyanda, 5-ci cild, səh. 35-də qeyd etmişlər
[3] «Onlarla (müşriklərlə) yer üzündə fitnə-fəsad qalmayıncaya və Allahın dininin hamılıqla Allaha məxsus olduğu vaxta qədər müharibə aparın.» Ənfal surəsi, 39
[4] Biharul-ənvar, 51-ci cild, səh. 55
[5] Xisal, ikinci cild, səh. 418
[6] Nur surəsi, 55
[7] Qeybəti Nömani, 35-ci hədis, səh. 240