Miras və İslam üçün AlHassanain Network Düşüncə

YERSIZ OLARAQ ZÜHURUN TEZLƏŞMƏSINI TƏLƏB ETMƏK

0 Nəzərlər 00.0 / 5

YERSIZ OLARAQ ZÜHURUN TEZLƏŞMƏSINI TƏLƏB ETMƏK

Məhdilik mədəniyyətində yaranan ciddi xəsarətlərdən və yanlışlıqlardan biri də zühurun iste`calını, yə`ni bir şeyin vaxtı və lazım olan şəraitləri vücuda gəlmədən onun baş verməsini istəməkdir. Tələskən insanlar nəfslərinin zəifliyinə, tutumlarının az olmasına, təmkin və aramlığını əldən verdiklərinə görə, eləcə də şəraitləri nəzərə almadıqlarına görə, hər bir şeyin tez bir zamanda baş verməsini istəyirlər.

Həqiqi məhdilik mədəniyyəti, eləcə də qaib İmamın intizarı məsələsi ilə qarşılaşmada intizarçı insan daim zühurun baş verməsini arzu edir, bütün varlığı və eşq ilə zühurun baş verməsini istəyir, bu, işin tezləşməsi üçün dua edir, lakin heç vaxt bu işdə tələsmir; qeybət dövrü nə qədər uzansa və intizar nə qədər uzun müddətli olsa da, yenə də səbrini əldən vermir; əksinə zühura olan sonsuz eşq və məhəbbətinə baxmayaraq Allahın iradəsi və Onun istəyi qarşısında kamil şəkildə, qeydsiz-şərtsiz təslim olur, zühur üçün lazım olan bütün şəraitlərin gerçəkləşməsi üçün səbir edir.

Əbdür-Rəhman ibni Kəsir yazır: İmam Sadiq (ə)-ın hüzurunda oturmuşdum ki, Möhrüm adlı bir şəxs daxil olub dedi: «Sənə fəda olum! Mənə deyin görüm, intizarını çəkdiyimiz bu iş nə vaxt baş verəcəkdir?» İmam buyurdu: «Ey Möhrüm, vaxt tə`yin edənlər yalan demiş və tələsənlər həlak olmuşlar. Nicat tapanlar –təslim olanlardır.»[1]

Zühur işində tələsməyin qadağan edilməsi buna görədir ki, bu hadisənin ardınca intizarçı insanda ümidsizlik, məyusluq ruhiyyəsi baş verə bilər, o bununla da təmkin və səbrini əldən verər, onun təslimçilik haləti giley güzara çevrilə bilər, zühurun təxirə düşməsindən qərarı kəsilər, bu ruhi xəstəlik başqalarına da sirayət edər, hətta bə`zən zühur işində tələskənlik imamın varlığının inkar olunmasına da səbəb ola bilər.

Qeyd etmək lazımdır ki, zühur işin də tələskənliyin mənşəyi budur ki, onun ilahi sünnələrdən olmasını, bütün sünnələr kimi, şərait və zəminələrinin yaranmasından sonra həyata keçəyini bilmir və buna görə də onun baş verməsində tələskinliyə düçar olurlar.

ZÜHURA VAXT TƏ`YİN EDİLMƏSİ

Məhdiçilik mədəniyyətinin xəsarətlərindən biri də budur ki, bə`ziləri zühur üçün müəyyən bir vaxt tə`yin edirlər, halbuki, zuhurun zamanı insanlardan gizlidir və din rəhbərlərinin rəvayətlərində zühur üçün vaxt tə`yin edilməsi şiddətlə qadağan edilmiş, vaxt tə`yin edənlər yalançı adlandırılmışdır. İmam Baqir (ə)-dan «zühurun vaxtı müəyyəndirmi?» –deyə sual edilən zaman Həzrət buyurdu: «Zühur üçün vaxt tə`yin edənlər yalan deyirlər! (Bu cümləni üç dəfə təkrar etdi).»[2]

Bununla belə, bə`ziləri bilərəkdən, yaxud mə`lumatsızlıq üzündən zühur üçün vaxt tə`yin edirlər ki, onun ən azacıq mənfi tə`sirləri bu yalançı və`dələrə inanan, lakin onun əksini müşahidə edən şəxslərdə ümidsizlik ruhiyyəsinin yaranmasıdır.

Buna əsasən, həqiqi müntəzirlər gərək özlərini nadanların və şeytan sifətlərin məkrlərindən qoruyaraq zühurun zamanı barəsində yalnız Allahın iradəsinə təslim olsunlar.

ZÜHUR ƏLAMƏTLƏRİNİN XÜSUSİ HADİSƏ VƏ NÜMUNƏLƏRƏ TƏTBİQ EDİLMƏSİ

Çoxlu rəvayətlərdə İmam Məhdi (ə)-ın zühuru üçün müəyyən əlamət və nişanələr bəyan edilmişdir. Amma onların dəqiq keyfiyyət və xüsusiyyətləri aydın deyildir. Bu da şəxsi və ehtimali təhlil və təfsirlər üçün bir növ mənbə və əsas olmuşdur. Bə`zən zuhur əlamətlərinin mövcud hadisələrə tətbiq edilməsi qərarına gəlir və bununla da zühurun yaxınlaşması və yaxud yaxın olması ehtimalından xəbər verirlər.

Bu da Məhdilik mədəniyyətində mövcud olan xəsarətlərdən biridir ki, bə`zən ümidsizliyə səbəb olur. Misal üçün, Süfyaninin şəxsiyyəti filan məntəqədə yaşayan «filan şəxsə» təfsir edildiyi, Dəccal barəsində dəlilsiz və əsassız təhlillər irəli sürüldüyü və bunun ardınca da çox yaxın zamanlarda zühurun müjdəsi verildiyi zaman, uzun illər keçməsinə baxmayaraq, İmam Zaman (ə) zühur etmir və nəticədə bir qrup insan yolunu azaraq səhvə düçar olur və səhih əqidələrində sarsıntıya, tərəddüdə düşürlər.



[1] Kafi, ikinci cild, səh. 191

[2] Qeybəti Tusi, hədis 411, səh 26

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə