DUALAR
İSLAMDA ZIYARƏTIN YERI
- Çap olmuş
İstər diri, istərsə də ölü ziyarəti İslamda bəyənilən, tövsiyə edilən, eyni zamanda müstəhəb əməllərdəndir. Bu arada Allah övliyalarının ziyarəti daha böyük əhəmiyyət kəsb edir. Ölülərin ziyarəti barəsində gələn hədislərə istinadən belə nəticəyə gəlmək olar ki, ölülərlə dirilərin ziyarəti arasında heç bir fərq yoxdur. Fərqi yalnız ziyarət olunanı görüb- görməməkdədir. Müsəlman məzhəbləri arasında təkcə vəhhabilər qəbirlərin ziyarətinin haram olmasına etiqadlıdırlar. Vəhhabilərdən başqa bütün müsəlman firqə və məzhəbləri ziyarətin şəriətə uyğun əməl olmasında yekdillidirlər. Vəhhabilər "Səhih- Buxari" kitabında Əbu Hüreyrədən nəql olunan: "Məscidəl- həram", "Məscidəl- Rəsul" və "Məscidəl- Əqsa"- dan başqasının ziyarəti icazəli deyil" hədisinə istinad edərək, başqalarının qəbrini ziyarət etməyi haram bilmişlər. Qeyd etmək lazımdır ki, bu hədisin sənədinin problemli olmasından əlavə, onun dəlaləti də şübhəlidir. Bu hədisdə söhbət məsciddən gedir, imam və övliya qəbirlərindən yox. Digər tərəfdən, bu üç məscidin ziyarətinin daha yaxşı və müstəhəb olmasından bəhs olunur.
Ziyarətin fəlsəfəsi
- Çap olmuş
Ziyarət- görüşmək, kiminsə görüşünə getmək deməkdir. Amma şiə məzhəbində ziyarət xüsusi mənada, dini şəxsiyyətlərin, dahilərin qəbirlərini görməyə getmək mənasındadır. Ərəb dilində "zair"- ziyarət edən "məzur" ziyarət edilən deməkdir.
- «
- Başla
- öncəki
- 1
- Sonrakı
- Son
- »