Miras və İslam üçün AlHassanain Network Düşüncə

HƏDISLƏR

0 Nəzərlər 00.0 / 5

Allahın rəsulu (s) "dai" yəni, dəvət edən adıyla adlanmasının səbəbinin bəyanında- belə buyurur: Mən camaatı pərvərdigarımın dininə dəvət etdiyim üçün dai adlandırılmışam.[1]

İmam Əli (ə): Allah rəhmət etsin o kişiyə ki, ağıllı söz eşidir və qəbul edir, doğru yola çağırıldıqda ona tərəf gedir, yol göstərənin (həzrəti Peyğəmbərin) və məsum imamların) belindən yapışaraq (dünya və axirətin çətinliklərindən) xilas olur.[2]

İmam Əli (ə): İşinin sonunu (ölümü və qiyamət gününün haqq hesabını) görən, öz eniş- yoxuşunu (xeyir və şərini) tanıyan ağıllı insanın qəlbinin gözü, (camaatı islam dininə) dəvətə səsləyən (həzrəti) Peyğəmbər (s) və (o həzrətin şəriətinin əsaslarını düşmənlərin fəsad və pozğunluğundan) qoruyan keşikçidir. Belə isə, dəvət edəni qəbul edin və keşikçiyə tabe olun.[3]

Əli (ə): İlahi, səni hər eyb və nöqsandan təmiz, yüksək hesab edirəm, məxluqların yaradıcısı və varlığın pərəsrişkarısan. İmtahan və sınağından yaxşı çıxan məxluqların üçün saray (cənnət) yaratmısan, orada qadınlar və xidmətçilər, qəsrlər, çaylar, gəmilər bərqərar etmisən, yeməli, içməli şeylərdən süfrə açmısan. Dəvət edəni (həzrəti Peyğəmbəri) göndərdin ki, (camaatı) ona tərəf çağırasan. Dəvət edənə cavab verməyib, təşviq etdiyin nemətlərə rəğbət göstərmədilər, həvəsləndidiyin yaxşılıqlara müştaq olmadılar. (Əksinə) murdara (dünyaya) üz tutaraq onu yeməklə rüsvay oldular. Onunla dostluğa razılaşdılar.[4]



[1] - Məanil- əxbar, səh 52, hədis 2, İləlüşşəriye, səh 127, Əl- əmalis- səduq, səh 256, Biharul- ənvar, cild 16, səh 94, hədis 28

[2] - Nəhcülbəlağə, xütbə 75, biharul- ənvar, cild 16, səh 310, hədis 31

[3] - Nəhcülbəlağə, xütbə 154, Biharul-mənvar, cild 29, səh 600, hədis 20

[4] - Nəhcülbəlağə, xütbə 108

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə