Miras və İslam üçün AlHassanain Network Düşüncə

Kitab (Quran) və hikmət təlim etmək

0 Nəzərlər 00.0 / 5

Kitab (Quran) və hikmət təlim etmək

Quran

"(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər."[1]

"(Onlar yenə dedilər: ) "Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən"."[2]

Hədis

İmam Əli (ə): (Allah öz Peyğəmbərlərini və) elçilərini insan və cinin tərəfinə göndərdi ki, bu aləmin pərdəsini onlar üçün kənara çəksin, onları pisliklərdən qorusun, onlar üçün dünyadan misallar gətirsin, onları dünyanın eyb və nöqsanlarından xəbərdar etsin və dünyanın sağlamlığı və xəstəliyi kimi dəyişgənliyi, onun halal və haramını, ona (Allaha) itaət edənlər və etməyənlər üçün hazırladığı cənnət, cəhənnəm, izzət və xarlıq kimi ibrətamiz mətləbləri onların qulağına çatdırsın.[3]

İmam Kazım (ə): Allah öz Peyğəmbərlərini və elçilərini bəndələrinin tərəfinə göndərdi ki, ilahi bəsirətə yiyələnsinlər. Hər hansı bir bəndə (onları) daha yaxşı (eşidə və) qəbul edə, Allaha mərifəti daha çox olacaqdır. Hər kəs Allahın şənini (və məqamını) yaxşı tanıya, əxlaqı daha gözəl olacaqdır, bəndələrin ən düşüncəlisi və dünya və axirətdə onların ən uca mərtəbəlisi olacaqdır.[4]

Əxlaq təzkiyəsi (əxlaqı saflaşdırma)

Quran

"(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər."[5]

"(Onlar yenə dedilər: ) "Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən"."[6]

Hədis

Həzrəti Peyğəmbər (s): Mən uca və gözəl əxlaqlarla göndərilmişəm.[7]

Həzrəti Peyğəmbər (s): Mən ülvü və uca əxlaqları kamilləşdirmək üçün göndərilmişəm.[8]

Həzrəti Peyğəmbər (s): Mən gözəl əxlaqları tamamlamaq üçün göndərilmişəm.[9]

Həzrəti Peyğəmbər (s): Mən saleh və layiqli əxlaqları kamilləşdirmək üçün göndərilmişəm.[10]

Həzrəti Peyğəmbər (s):Uca Allah məni əxlaqi dəyərləri və yaxşı əməlləri kamil etmək üçün göndərmişdir.[11]

Xalqın ədalətə hümmət göstərməsi

Quran

"And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər. Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də icad (nazil) etdik (mədənlərdən çıxartdıq) ki, Allah (Özünü) görmədən Ona (onun dininə) və peyğəmbərlərinə kömək göstərənləri (dəmirdən düzəlmiş silahlarla kafirlərə qarşı vuruşan mücahidləri) bəlli etsin. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!"[12]

Hədis

İmam Əli (ə) Sübhan Allahın vəsfində : O, bir Allahdır ki, vədələrində düz və sadiqdir, bəndələrinə zülm etməz, yaratdıqları arasında ədalət və insafla rəftar edər, öz hökmündə onlara ədalət bəsləyər.[13]

İmam Əli (ə) zikr əhlinin vəsfində: Ədalətlə hökm verərlər və özləri ona əməl edərlər. Pislikdən çəkindirərlər və özləridə ondan çəkinərlər.[14]

Dəyərləri diriltmək



[1] - Cümə surəsi, ayə 2

[2] - Bəqərə surəsi, ayə 129

[3] - Nəhcülbəlağə, xütbə 183

[4] - Kafi, cild 1, səh 16, hədis 12, Tuhəful- uqul, səh 386, Biharul- ənvar, cild 1, səh 136, hədis 30

[5] - Cümə surəsi, ayə 2

[6] - Bəqərə surəsi, ayə 129

[7] - Biharul- ənvar, cild 16, səh 287, hədis 142

[8] - Əssünnənül- kübra, cild 10, səh 323, hədis 20782

[9] - Əttəbəqətül- kübra. cild 1, səh 193

[10] - Əlmüstədrək əl- əssəhiheyn, cild 2, səh 670, hədis 4221, Əttəbəqətül- kübra, cild 1, səh 192

[11] - Əlmöcəm- ül- vəsit, cild 7, səh 74, təfsiri Qurtəbi, cild 18, səh 227 Kənzül- ümmal, cild 11, səh 415, hədis 31947

[12] - Hədid surəsi, ayə 25

[13] - Nəhcülbəlağə, xütbə 185, Əlehticac, cild 1, səh 480, hədis 117

[14] - Nəhcül- bəlağə, xütbə 222, Biharul- ənvar, cild 69, səh 325, hədis 39

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə