Miras və İslam üçün AlHassanain Network Düşüncə

Höccətin (dəlilin) tamamlanması

0 Nəzərlər 00.0 / 5

Höccətin (dəlilin) tamamlanması

Quran

"Biz peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!"[1]

"Öz əlləri ilə etdikləri əməlləri (qazandıqları günahları) üzündən onlara bir müsibət üz verincə: "Ey Rəbbimiz! Barı, bizə bir peyğəmbər göndərəydin ki, biz də Sənin ayələrinə uyub möminlərdən olaydıq!" - deməsəydilər, səni onlara peyğəmbər göndərməzdik. (Onların bəhanəsini kəsmək üçün belə etdik)."[2]

"(Kafirlər) dedilər: "Nə üçün o (Muhəmməd) Rəbbindən bizə (həqiqi peyğəmbər olmasına dəlalət edən) bir möcüzə gətirmir?" Məgər (Quranda) onlara əvvəlki (ilahi) kitablarda (keçmiş ümmətlərin həyatına, küfrləri üzündən düçar olduqları müsibətlərə dair) olanların bəyanı (yaxud açıq-aşkar dəlili) gəlmədimi?!"[3]

Hədis

Allahın Rəsulu (s): (Allah) elçiləri camaatın tərəfinə göndərdi ki, yaradanları üçün möhkəm höccət (dəlil) olsunlar və onların tərəfinə göndərdikləri elçiləri onlara şahid olsunlar. Müjdə verən və qorxudan Peyğəmbərləri xalqın arasına göndərdi ki, əgər həlak olarlarsa dəlil üzündən olsun və əgər xoşbəxt həyata yetişirlərsə, o da dəlil üzündən olsun. (Göndərdi ki,) Allahlarının barəsində bilmədiklərini bilsinlər, onun- inkar etdikləri rübuyyətini (yəni; yaratdıqdan sonra məxluqlarını idarə etməyini) tanısınlar və- ona şərik qoşduqları- üluhiyyətini (yəni, məbud və pərəstiş edilən olmasını) yeganə və vahid bilsinlər.[4]

İmam Əli (ə): Allah öz elçilərini onlara məxsus etmiş vəhy ilə göndərdi və onları öz xalqına öz höccəti (qaçılmaz möhkəm dəlili) qərar verdi ki, (camaat Peyğəmbər vasitəsi ilə) qorxudulmamaqlarına bəhanə gətirməsinlər. (Göndərdi ki,) camaatı düzgünlüklə haqq yola dəvət etsinlər.[5]

İmam Əli (ə): Şəhadət verirəm ki, Məhəmməd (s) Allahın bəndəsi və onun Rəsuludur (elçisidir). Onu öz əmri və hökmünü icra etmək, höccət və dəlilini yetirmək və öz xəbərdarlığını və əzab vədəsini iblağ etmək (yetirmək) üçün göndərdi.[6]

İmam Sadiq (ə) Nübüvvətin hikməti sualının cavabında: Buna görədir ki, artıq camaat üçün Allah qarşısında heç bir bəhanə qalmasın və deməsinlər ki, heç kim gəlib bizə (cənnəti) müjdə vermədi və (bizi cəhənnəmlə) qorxutmadı. Buna görədir ki, Allahın camaata dəlili olsun. Aya eşitmirsən ki, Allah (əzzə və cəllə) cəhənnəm qarovullarının dili ilə və onların cəhənnəm əhlinin bərabərində Peyğəmbərlər və elçilərin varlığına dəlil gətirmələrini belə buyurur: " Onlar deyəcəklər: "Bəli, bizə (Allahın əzabı ilə) qorxudan peyğəmbər gəlmişdi. Amma biz (onu) yalançı sayıb demişdik: "Allah heç bir şey (vəhy) nazil etməmişdir. Siz sadəcə olaraq (haqdan) çox azmısınız!"[7]

"Onlar: "Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq!" - deyəcək"[8]



[1] - Nisa surəsi, ayə 165

[2] - Qəsəs surəsi, ayə 47

[3] - Taha surəsi, ayə 133

[4] - Ət- tövhid, səh 45, ç 4, İləlüşşəraye, səh 120, hədis 1, Biharul- ənvar cild 4, səh 288, hədis 19

[5] - Nəhcül- bəlağə, xütbə 144, Biharul- ənvar, cild 5, səh 315, hədis 14

[6] - Nəhcül- bəlağə, xütbə 83

[7] - Mülk surəsi, ayə 9

[8] - Mülk surəsi, ayə 10

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə