Miras və İslam üçün AlHassanain Network Düşüncə

İSA (ƏLEYHISSALAM)-IN YETKINLIYI

0 Nəzərlər 00.0 / 5

ƏLLİ DÖRDÜNCÜ HEKAYƏT

İsa (Əleyhissalam)-In yetKinliyi

Həzrət həmin xütbədə yenə də (160) buyurur:

İstəyirsən Həzrəti İsa (əleyhissalam) barəsində (onun yetginliyinə dair) söz açam? Bil ki, qalın və kobud paltar geyir, quru çörək yeyirdi. Onun yeməyi aclıq, gecə çırağı ay, qış örtüyü isə şərq və qərb torpaqları idi (səhərlər məğribdə günortalar isə məşriq tərəfdən günəşlə üzbəüz gəzirdi)”

Yerdə dörd ayaqlılar üçün bitənlər onun meyvə və gülləri hesab olunurdu. Onu özünə məşğul edə biləcək nə arvadı var idi, nə də qəmgin edəcək övladı, nə də dövləti var idi ki, diqqətini özünə cəlb etsin. Onun nə də tamahkarlığı var idi ki, onu xar etsin. Onun atı, iki ayağı, xidmətçisi isə iki dostu idi.

İddətüd-dai kitabında bu məzmunda Həzrət İsa (əleyhissalam)-dan nəql olubdur. Daha sonra Həzrət yenə buyurdu:

Dünya malından mənim bir şeyim yoxdur, eyni halda yer üzündə heç kəs mənim kimi ehtiyacsız sayıla bilməz.”

Həm də İmam Sadiq (əleyhissalam)-dan nəql olunubdur ki, Həzrət İsa haqqında İncil kitabında belə gəlib: İsa (əleyhissalam) Allaha ərz edirdi:

İlahi, həm səhər, həm də geçə mənə bir arpa fətiri əta elə, lakin artıq vermə ki, tüğyan edəm.”

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə