Miras və İslam üçün AlHassanain Network Düşüncə

MƏNTIQI QƏBUL ETMƏK

0 Nəzərlər 00.0 / 5

MƏntiqi qƏbul etmƏK

Kuləybe Cərmi deyir: Mədinədə Osmanın ölümündən sonra Təlhə və Zübeyr Bəsrəyə gələrək camaatı Əli (əleyhissalam)-ın hökumətinə qarşı qaldırdılar. Bununla da Cəməl müharibəsinin özülünü qoydular.

Bir azdan Əli (əleyhissalam) öz ordusu ilə beyət sındıran üsyançıları yerlərində otuzdurmaqdan ötrü Bəsrəyə tərəf hərəkət etdi. Qoşun Ziyqar məhəllinə çatdıqda qəbilə rəislərindən iki nəfər mənə dedilər: Bizimlə gəl, Əli (əleyhissalam)-ın hüzuruna gedib görək ki, onun bu yürüşdən hədəfi nədir?

Mən onların sözünü qəbul edib onlarla birgə Ziy Qara yetişdik. Onun ərəblərə ən fərasətli rəhbər olmasını öz gözlərimizlə gördük. O qəbilə rəisləri barədə məndən suallar etdikdə mən də cavab verirdim. Danışıqdan və mətləb aydınlaşandan sonra mənimlə gələn yoldaşlar Həzrətlə beyət etdilər. Daha sonra o Həzrət mənə buyurdu:

Bəs sən beyət etmirsən?”

Dedim: Mən qəbilənin sifarişi aparıb gətirəniyəm. Gərək bu xəbəri onlara çatdıram. Gördüm ki, alınlarında səcdə əsəri olan köməkçilərindən bir qrup dalbadal mənə deyirdilər: beyət et bu zaman Əli (əleyhissalam) buyurdu: Azad buraxın onu məni bu dəlillərlə (“Nəhcül-bəlağənin mətnində gəlib) qane edib və nəhayət haqq aydınlaşandan sonra beyət etdim. O dəlillər bu idi:

Kuləyb mənə dedi: Mən sifariş gətirib aparanam və gəlmişəm öz qəbiləm üçün buradan bir xəbər aparam (və mənim qərar qəbul etməyim öz qəbiləmizin mərkəzi təşkilatının varlığı əsasında olur) İmam Əli (əleyhissalam) ona buyurdu:

Əgər qəbilən səni bu mövzu üçün göndərsəydi ki, yağışın yağdığı yeri onlar üçün tapsan, daha sonra onlara tərəf qayıdaraq gördüyün yaşıllıq və su məkanından xəbər versəydin əgər sözünün əksinə hərkət edib otsuz-susuz bir çöllüyə tərəf getsəydilər, sən nə edərdin?! Özüm otu və suyu çox olan yerə gedərdim Həzrət buyurdu: “Beləliklə əlini beyət əlaməti olaraq qaldır.” O şəxs deyir:

And olsun Allaha, elə ki, İmamın dəlilərini eşidib haqı tanıdım, ondan boyun qaçırmaq yolunu tapa bilməyib o Həzrətlə beyət etdim.”

İmam Əli (əleyhissalam)-ın məntiq, dəlil və şəmşir əhli olmasını görürük.

Ruhi cəhətdən hazırlıqları olub ürəklərində mərəz və xəstəlik olmayanlar isə o Həzrətin dəlillərinə cəzb olunaraq ona qovuşurlar. Eyni halda Əli (əleyhissalam)-ın öz yuxarıdakı sözlərində bütün bəşəriyyətə hər zaman üçün fikir azadlığı dərsi öyrətməsini görürük. Öz youlnu azanların bir çoxu süni hasar və təşkilatın müharsirəsində qalaraq əsirə çevrilirlər. Kuləyb isə bu hasarı Əli (əleyhissalam)-ın ardıcılına çevrilməklə sındırıb haqqa qovuşdu.

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə