Miras və İslam üçün AlHassanain Network Düşüncə

XƏVARICLƏRIN BAŞÇISININ ÖLDÜRÜLMƏSI

0 Nəzərlər 00.0 / 5

XƏvariClƏrin başÇIsInIn ÖldürülmƏsi

Zussədyə (iki döşlü) adı ilə məşhur olan iki əmcəkli Hərqus ibni Zühəyr Xəvaric firqəsinin əsasını qoymuşdu. Onu Muxdəc də adlandırırdılar.

Onun keçmişi barədə belə deyirlər ki, Hunəyn müharibəsində (hicrətin səkkizinci ilində İslam ordusu ilə küfr ordusu arasında Taifdə baş verdi) müsəlmanlar qalib gəldikdən sonra bitib-tükənməz qənimətlər ələ keçirdilər. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm müsəlmanlar arasında qənimətləri bölüşdürməklə məşğul olduğu halda birdən həmin Hərqus (bəni-Təmim qəbiləsindən idi və onu Zul-Xuvəysərədə adlandırırdılar) Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin yanına gələrək tam alçaqlıqla ona belə dedi: “Ya Rəsulullah, ədalətə riayət et.”

Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu:

Vay sənə, əgər mən ədalətə riayət etməsəm onda bəs kim ona riayət edəcək!?” Ömər ibni Xəttab Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən onu öldürmək üçün icazə istədikdə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu: Onu öz halına buraxın onun səhabələri vardır ki, əgər onların oruc və namazını görsəniz öz oruc və namazınızı kiçik sanarsınız.

Onların həmişə Quran oxumasına baxmayaraq Quran boğazlarının sərhəddindən çölə çıxmır. Onlar oxun kamandan çıxdığı kimi İslamdan çıxacaqlar, onların puç əqidələri vardır. (Onların başçıları) qara sifətli bir nəfərdir ki, biləklərində qadın döşünə oxşayan ət parçası vardır. Əgər onu tərpətsən, irəli-geri hərəkət edər. O, öz səhabələrinə tərəf gəlib onları da İslamdan döndərəcəkdir.

İmam Əli (əleyhissalam) bu şəxsi Nəhrəvan müharibəsində qətlə yetirib. O, Qasiə xütbəsinin birində buyurur:

BuradaŞeytan rədhəh kəlməsi su yığılan qala mənasındadır. Belə ki, o Nəhrəvan davasında bir çalaya düşüb ölmüşdüSəqəhdən məqsəd saiqə yəni ilğım, hündür səs və pələng nərəsi idi ki, Əli (əleyhissalam) çəkmişdi. Bu nərə Zus-sədyəni elə qorxu və vəhşətə salmışdı ki, tələsik olaraq qaçmış ona heç bir silah toxunmamış çalaya düşüb ölmüşdü.

Onun haqqında belə deyilib: Əli (əleyhissalam)-ın ordusu Nəhrəvan Xəvaricinin müharibəsinə çatıb onlarla vuruşduqda 9 nəfərdən başqa hamısı öldürüldülər. Müharibədən sonra Əli (əleyhissalam) belə buyurdu:

Xəvaric meyidlərinin arasını gəzin, görün ki, Muxdəc Zus-sədyə öldürülüb ya yox? Bir dəstə ölənlərin arasında nə qədər axtarış apardısa da onu tapmadı. Hadisəni Əli (əleyhissalam)-a çatdırdıqda Həzrətin özü öldürülənlərin arasına gəldi. Onların cəsədləri üst-üstə tökülmüşdü. Həzrət meyyitləri kənara yığdıqda onların içindən Zus-sədyənin napak cəsədini tapıb buyurdu:

Allahu Əkbər! Mən heç vaxt Məhəmməd səlləllahu əleyhi və alihi və səlləmə yalan nisbəti verməmişəm”. Çünki, Əli (əleyhissalam)ın Zus-sədyəni öldürəcəyini Peyğəmbər hələ qabaqcadan xəbər vermişdi. Əli (əleyhissalam) kənara çəkilib şükr səcdəsi yerinə yetirdi. Daha sonra atına minərək düşmən ölülərinin arasından keçdiyi zaman buyurdu: “Sizi məğrur edən beləcə həlakət torpağına atdı.” Həzrətdən sual etdilər. “Ya Əli (əleyhissalam) onları kim məğrur etdi?”

Buyurdu: “Şeytan və pis həvəslər.”

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə