ƏLI (ƏLEYHISSALAM) ZƏHRA (ƏLEYHA SALAM)-IN QƏBRI YANINDA
ALTMIŞ DOQQUZUNCU HEKAYƏT
Əli (Əleyhissalam) ZƏhra (Əleyha salam)-In qƏbri yanInda
İmam Əli (əleyhissalam) günorta namazını məsciddə qıldıqdan sonra evə tərəf gəldiyi vaxt gözlənilmədən Fizzə və Əsma bint Uməys ilə qarşılaşdı. Onlar çox qəmgin halda ağlayırdılar Həzrət sual edib soruşdu:
“Nə olub, niyə ağlayırsınız?” Ərz etdilər: “Ya Əmirəl-möminin! Əmin qızı Həzrəti Zəhra (əleyhissalam)-nı axtar onu diri görəcəyinə gümanımız yoxdur.”
Həzrət Əli (əleyhissalam) tələsik evə gəldi, otağa girdikdə Həzrəti Zəhranın (əleyhissalam) yatağı üstündə düşüb sağa-sola burularaq çabalamasını gördü. Xanım Zəhra (əleyhissalam)-nın başını diz üstünə alıb belə səslədi: “Ya Zəhra!” Cavab gəlmədi. Yenə də səslədi: Ey Rəsulullahın səlləllahu əleyhi və alihi və səlləmin qızı! Zəhradan yenə bir cavab eşitmədi. Yenə səslədi: Ey Əbasının altından yoxsullara zəkat paylayanın qızı. Ondan bir səs eşitmədi. Həzrət belə səslədi: Ey o kəsin qızı ki, göydə mələklər dəstə-dəstə onunla namaz qılırdılar. Yenə xanımdan bir cavab eşitmədikdə Həzrət belə çağırdı.
Ya Fatimə! Mənəm, əmin oğlu Əliyyibni Əbi Talibəm-aç gözünü mənimlə danış!
Həzrəti Zəhra (əleyhissalam) gözlərini açıb Əli (əleyhissalam)-ı başı üstündə gördükdə Həzrətin üzünə baxıb ağlamağa başladı. Əli (əleyhissalam)-da ağladı.
İmam Əli (əleyhissalam) buyurdu: Ya Zəhra! Səni niyə belə görürəm, nə olubdur sənə? Mən ki, sənin əmin oğlu Əliyəm. Cavab ver, ya Zəhra. Zəhra (əleyhissalam) buyurdu: Əmi oğlu mən özüm də hiss edirəm, bilirəm ki, məndən sonra evlənəcəksən. O, vaxt öz gecə-gündüzünü iki hissəyə bölərsən. Bir gün və bir gecəni gələcək həyat yoldaşına və bir gün bir gecəni isə övladlarıma ayırarsan. Övladlarımın qabağında Həsən və Hüseyn (əleyhissalam)-nin üstünə qışqırma. Onlar iki qəlbi sınıq yetim və qəribdirlər. Öz babalarını əldən vermələri bir neçə gündən artıq deyildir ki, bu gün də analarını əldən verirlər. Onlarla düşmən-çilik edib onları öldürən ümmətə vay olsun.
Sonra Zəhra (əleyhissalam) bir-bir öz vəsiyyətlərini söyləməyə başladı. Xanım Zəhra can yandırıcı bir vəziyyətdə dünyadan köçdü, Əli (əleyhissalam) Zəhra (əleyhissalam)-ın öz vəsiyyətinə əsasən gecə ikən qüsl verib, kəfənlədi. Xanıma meyyidə namazı qılaraq onu torpağa tapşırdı. Qəbri torpaqla örtdüyü zaman Həzrəti qəm bürüdü göz yaşının damcıları sel kimi üzünə axırdı. Bu halda üzünü Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin qəbrinə tərəf tutub belə buyurdu:
“Salam olsun sənə, ey Allahın elçisi! Öz tərəfimdən və elə indicə mehmanın olan qızın tərəfindən salam olsun sənə.”
Ey Allahın Peyğəmbəri! Səbrim sənin sevimli qızının fərağından azalıb, taqətim isə əldən gedibdir. Lakin sənin o böyük faciəli vəfatını gördükdən sonra mənə yetişən hər bir müsibət kiçikdir. Öz əlimlə cəsədini qəbrə qoyduğumu və rehlət edərkən başını sinəm üstünə aldığımı heç vaxt unuda bilmərəm.
Ey Peyğəmbər, mənə tapşırdığın əmanəti sənə qaytardım. Mənim qəmim isə əbədidir. Bundan belə gələcək gecələrimi ayıqlıqla başa vuraram ki, birgə sənə qovuşum. Tezliklə qızın səni agah edəcəkdir. Sənin ümmətinin zülm etmək üçün necə birləşdiglərini qızın sənə danışacaqdır. Halımın necəliyini ondan soruş... Mənim salamım olsun, sizin hər ikinizə! sizə vida salamı edirəm.