Miras və İslam üçün AlHassanain Network Düşüncə

PEYĞƏMBƏRIN (S) İRANIN PADŞAHI KƏSRAYA MƏKTUBU

0 Nəzərlər 00.0 / 5

PEYĞƏMBƏRIN (S) İRANIN PADŞAHI KƏSRAYA MƏKTUBU

Əttəbəqətül kübra: Allahın rəsulu (s) altı səfirdən biri Əbdullah ibni Hüzafə Səhmini, Xosrovu islama dəvət etmək üçün bir məktubla onun yanına yolladı.

Əbdullah deyir: Peyğəmbərin (s) məktubunu Xosrova təhvil verdim. Elə ki, məktubu ona oxudular, onu aldı və paraladı. Bu xəbər Peyğəmbərə (s) yetişdi. O, ərz etdi: Allah onun padşahlığını parala.

Xosrov. Yəməndə olan işçisi Bazana bir məktub yazdı və ona göstəriş verdi: İki cəld atlını o hicazdakı kişinin yanına göndərsin ondan (Peyğəmbərdən) ona (Xosrova) xəbər gətirsin.

Bazan bir nəfəri öz qəhrəmanına qoşaraq bir məktubla göndərdi. Onlar Mədinəyə daxil oldular və Bazanın məktubunu Peyğəmbərə (s) verdilər.

Peyğəmbər (s) təbəssüm etdi, öz- özünə titrəyən atlıları islama dəvət etdi və buyurdu: Bu gün gedin və sabah mənim yanıma gəlin ki, sizi lazımı bir şeyə agah edim.

O iki nəfər ertəsi gün Peyğəmbərin (s) yanına gəldilər və Peyğəmbər (s) onlara buyurdu: "Ağanıza deyin ki, Allah dünən gecə gecədən yeddi saat keçmiş, onun Allahı Xosrovu öldürdü" O gecə hicrətin yeddinci ili, Cəmadiül- əvvəlin onu, üçüncü gün idi. -"və ona deyinki, Mütəal Allah Xosrovun oğlu Şirəvəyhi ona həvalə etdi və o, onu qətlə yetirdi."

O iki nəfər bu xəbərlə Bazanın yanına qayıtdılar, Bazan və Yəməndə olan- İranlılar- müsəlman oldular.[1]

Tarixi Təbəri- Yəzid, ibni Həbibdən nəql edir:- Rəsulullah (s) Əbdullah ibni Hüzafə ibni Qeys ibni Ədiyy ibni Səd ibni Səhmi hormazun oğlu Xosrov İranın padşahının yanına göndərdi və ona yazdı: Bismillahirrəhmanirrəhim. Məhəmməd rəsulullahdan Farsın padşahı Xosrova: Düz yola tabe olana, Allaha və onun rəsuluna iman gətirənə salam olsun! Mən səni Allaha dəvət edirəm, çünki, mən onun bütün camaatın tərəfinə göndərdiyi elçisiyəm ki, dirilərə xəbərdarlıq edəm və haqq kafirlərə məlum olsun.

İslam gətir ki, salamat qalasan. Əgər imtina edərsənsə, Məcusilərin günahı sənin boynunadır."[2]

Əlmənaqib, ibn Şəhraşub ibni Məhdi Mamətirinin Əlməcalisindən nəql edir: Allahın rəsulu Xosrova yazdı: "Allahın rəsulu Məhəmməddən Hormoz oğlu Xosrova: Amma sonra, islam gətir ki, salamat qalasan, əks təqdirdə Allah və onun rəsuluna müharibə elan et. Hidayət yolu gedənlərə salam olsun!"

Elə ki, məktub Xosrova yetişdi, etinasızlıqla onu cırdı və dedi: Bu kişi kimdir ki, məni öz dininə çağırır?!

O, bir ovuc torpaq Peyğəmbərə (s) göndərdi. Peyğəmbər ərz etdi: İlahi! Onun padşahlığını məhv et, necə ki, mənim məktubumu cırdı. Bilin və agah olun ki, siz müsəlmanlar onun padşahlığının dağılmasını görəcəksiniz. O mənə bir ovuc torpaq göndərdi, bilinki, tezliklə onun torpaqlarını işğal edəcəklər."[3]

Əlxəraic- vəlcəraih: Xosrov, Seyf ibni Ziyəzənin dostlarından qalan Firuz Deyləmiyə yazdı: Mənim adımdam qabaq öz adını yazan və məni cürətlə öz dinimdəm başqa bir dinə dəvət edən bəndəni mənim yanıma yolla. Firuz Peyğəmbərin (s) yanına gəldi və dedi: Mənim Allahım mənə göstəriş verib ki, səni onun yanına aparam.

Peyğəmbər (s) buyurdu: "Mənim Allahım mənə xəbər verdi ki, sənin Allahın dünən gecə qətlə yetirildi."

Bu zaman xəbər çatdı ki, öz oğlu Şirəveyh o gecə ona hücum edərək onu öldürübdür. Firuz və yoldaşları islam gətirdilər.[4]



[1] - Əttəbəqətül- kübra, cild 1, səh 259, Tarixi Təbəri, cild 2, səh 255, Tarixi Dəməşq, cild 27, səh 357

[2] - Tarixi Təbəri, cild 2, səh 652, Əlkamil fittarix, cild 1, səh 593, Əlbidayə vən- Nəhayə, cild 4, səh 269, Biharul- ənvar cild 20, səh 389, hədis 8

[3] - Əlmənaqib, cild 1, səh 79, Biharul- ənvar, cild 20, səh 381, hədis 7

[4] - Əl- xəraic vəl- cəraih, cild 1, səh 64, hədis 111, Əl- mənaqib, cild 1, səh 79, biharul- ənvar, cild 20, səh 377, hədis 1

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə