ƏLAVƏ SUAL- CAVABLAR
Əlavə sual- cavablar
Sual 18. Kəməri tikilmiş qol saatının hökmü nədir?
Cavab. Libas deyilməyəcək tikili bir şeyi geyməyin işkalı yoxdur.
Sual 19. Qadınların ehram paltarının şərtləri hansılardır?
Cavab. Qadın öz paltarıyla möhrim ola bilər. Qadının ehramının xüsusi şərti yoxdur.
Sual 20. Qanın bədəndən xaric olmasının kəffarəsi nə qədərdir?
Cavab. Kəffarəsi yoxdur, baxmayaraq ki, bir qoyun qurban kəsməsi ehtiyata uyğundur.
Sual 21. Möhrim şəxs Mina ilə Məkkə arasında olan məsafəni tunelin daxilindən qət edə bilərmi? Baxmayaraq ki, ikinci uzaq bir yol da mövcuddur.
Cavab. Eybi yoxdur.
Sual 22. Ayağı örtməyin kəffarəsi nədir?
Cavab. Kəffarəsi yoxdur. Corabdan, ayaqqabıdan və bunun kimi şeylərdən başqa şeylərlə mütləq surətdə ayağı örtməyin haramlığı məlum deyil.
Sual 23. Bəzən Məkkə şəhərində o qədər çəyirtkə olur ki, yeriyən zaman ayaq onların üzərinə qoyulur. Bu yerlərdə qorunmaq lazımdırmı? Əgər ehtiyat olunmasa, çəyirtkələr ölürlər. Bunun kəffarəsi nədir?
Cavab. Əgər çəkinmək mümkün deyilsə, heç bir kəffarəsi yoxdur.
Sual 24. Bir şəxs təvafın dövrələrinin axırlarının birində təvafı buraxsa, sonra bir az istirahət etsə, onu tamamlamağa qayıtdığı zaman beşinci və altıncı dövrə arasında şəkk etsə təklifi nədir?
Cavab. Hər surətdə təvafın beşinci və altıncı dövrələri arasında şəkk etmək təvafı batil edir.
Sual 25. Bir kəs dövrələrin birində camaatın təzyiqi səbəbinə ixtiyarsız olaraq hərəkət etib və beləcə təvafı davam etdirərək başa çatdırıb, indi məsələni öyrənib. Amma nə yerin miqdarını, nə də dairənin miqdarını bilir. Onun təklifi nədir?
Cavab. Əgər təvaf qəsdilə edibsə, işkalı yoxdur.
Sual 26. Əgər təvafın ortasında neçə dövrə etdiyini bilmirsə, vəzifəsi nədir?
Cavab. Təvaf batildir, gərək başdan başlasın.
Sual 27. Balaca qız uşağının təvaf zamanı geyimi hansı miqdarda olmalıdır?
Cavab. Əhvət odur ki, qadınların adi geyimi miqdarında olsun.
Sual 28. Əgər təvaf zamanı insan yəqin etsə ki, bədəni ya paltarı nəcisdir, vəzifəsi nədir?
Cavab. Əgər əli pak paltara çatırsa, dərhal orda dəyişməlidir və qaldığı yerdən davam etməlidir. Bu surətdə onun təvafı səhihdir. Əgər paltarını və ya bədənini pak etməkçün təvafdan çıxmağa məcburdursa, dərhal təvafdan əl götürməli, bədənini və ya paltarını paklayandan sonra isə tərk etdiyi yerdən təvafı tamamlamalıdır.
Sual 29. Həccin və ya ümrənin əməllərindən sonra insan anlasa ki, bütün əməlləri cənabətlə yerinə yetirib, onun hökmü nədir?
Cavab. Gərək təharətlə şərtlənən əməlləri yəni təvafları və namazları təzələsin.
Sual 30. Əgər təvaf zamanı Hicri-İsmailin daxilindən keçsə, təklifi nədir?
Cavab. Vacibdir ki, həmin dövrəni yenidən Həcərul-əsvədin qarşısından yerinə yetirsin. Əgər bütün təvafı belə edibsə, təvafı batildir, gərək yenidən etsin.
Sual 31. Təvaf namazını digər vacib namaza iqtida edərək qılmaq olarmı?
Cavab. Təvaf namazında camaat namazının şəri olması məlum deyil.
Sual 32. Təvaf namazını bilərəkdən, ya səhvən tərk edənin vəzifəsi nədir? Əgər hökmü bilməməzlik üzündən tərk edibsə, hökmü nədir?
Cavab. Təvaf namazını bilərəkdən tərk etmək bütünlüklə həccin batil olmağına səbəb olar. Əgər səhvən, ya hökmü bilməməzlikdən tərk edibsə və əgər Məkkədən uzaqlaşmayıbsa, namazı yerində qılmağın məşəqqəti yoxdursa, gərək Məscidul-Hərama qayıtsın və namazı qılsın. Əgər Məkkədən uzaqlaşıbsa, harda yadına düşsə, gərək qılsın.
Sual 33. Əgər səy arasında yadına düşsə ki, təvaf namazını qılmayıb vəzifəsi nədir?
Cavab. Gərək səyi kəssin, gedib namazı yerində qılsın, sonra yenidən qayıdıb səyi tamamlasın.
Sual 34. İnsan səyi Səfa dağının üstü daşla döşənmiş ətəyindən başlayıb Mərvə dağının üstü daşla döşənmiş ətəyində sona çatdıra bilərmi?
Cavab. Əgər insan arxayın olsa ki, bu yerlər səfa və mərvənin başlanğıcıdır, eybi yoxdur.
Sual 35. İnsan səyi unudubsa, ehramdan da çıxıbsa və xanımı ilə yaxınlıq da edibsə, hökmü nədir?
Cavab. Vacibdir ki, səyi qəza etsin və ehtiyat vacibdir ki, bir inək kəffarə versin.
Sual 36. Birinci həcci olan kəs başını qırxdırmalıdır, yoxsa təqsir etməlidir? Bu məsələdə həccətul-İslamla digərlərində fərq varmı?
Cavab. Əhvət odur ki, həlq olunsun və heç bir fərq də yoxdur.
Sual 37. Vəzifəsi saçı qırxdırmaq olan kəs bilir ki, saçını qırxsa başından qan axacaq, vəzifəsi nədir?
Cavab. Ehtiyat vacib budur ki, qırxsın.
Sual 38. Əgər insan bilərəkdən, ya bilməyərəkdən yaxud da unutqanlıq səbəbindən Minanın xaricində saçını qırxsa və növbəti əməlləri də etsə, hökmü nədir?
Cavab. Gərək Minaya qayıtsın, saçını qırxsın və növbəti əməlləri də yenidə yerinə yetirsin.