Şücaət
Şücaət
İmam Əli (ə): Biz Bədr döyüşündə Peyğəmbərə (s) pənah aparırdıq. O, düşmənə bizim hamımızdan yaxın idi. O gün O, bizim hamımızdan artıq qəhrəmanlıq və çücaət göstərdi.
İmam Əli (ə): Döyüşün ən şiddətli vaxtlarında biz Peyğəmbərə (s) pənah aparırdıq. O, düşmənlərə bizim hamımızdan yaxın idi. Öndə döyüşürdü:
İmam Əli (ə): Elə ki, döyüşün atəşi şölələnirdi və iki qoşun bir- biri ilə şiddətli döyüşürdülər, biz özümüzü Peyğəmbərə (s) yaxınlaşdırırdıq. Çünki, bizlərdən heç birimiz düşmənə ondan yaxın deyildik. (yəni, çünki, O bizim ən şücaətli və ən qüdrətlimiz idi).
İmam Sadiq (ə): O zaman ki, "Təkcə öz vəzifənin məsulusan" ayəsi nazil oldu, camaatın (döyüşçülərin) ən şücaətlisi o şəxs hesab olurdu ki, Peyğəmbərin (s) pənahında düşmənlə döyüşürdü.
Əs- sirətün- nəbəviyyə: (Bəri ibni Azimdən): Döyüşün şiddətli zamanı biz özümüzü Peyğəmbərin (s) pənahında qərar verirdik və şücaətli şəxs o şəxs idi ki, onunla bir cərgədə olmağa cürət edəydi.
Səhih Müslüm: (Ənəsdən nəql edir): Allahın rəsulu camaatın ən gözəli, ən çox bağışlayanı və ən şücaətlisi idi. Bir gecə, camaat Mədinədə bir səs eşitdilər və dəhşətə gəldilər. Onların bir dəstəsi səsə tərəf getdi. Peyğəmbər (s) hamıdan qabaq o səsə tərəf getmişdi. Əbu Təlhənin lüt (yəhərsiz) atı üstündə və qılınc çiynində qayıdarkən o dəstəni gördü və buyurdu: Qorxmayın, qorxmayın.