Kumeyl duası
Kumeyl duası
Allahın adı ilə
İlahi, mənim ağam! Sənə üz tutub malik olduğun qüdrətinə qətiyyətlə, amiranə və qələbə ilə icra etdiyin hökmünə and verirəm ki, etdiyim bütün pis işləri, yol verdiyim günühları, gizlində etdiyim bütün çirkin işləri, istər xəlvətdə, istərsə aşkarda, gizlində və ya zahirdə səhvən etdiyim hər bir nadanlığı, mənə sübutunu buyurduğun və bədənimin üzvləri üçün şahid təyin etdiyin əziz mələklərin yazdığı bütün pis işləri bu gecə, bu saat bağışlayasan. Tərəfindən edilən hər bir şeyi qeyd edən şahidlərlə yanaşı Sən özün də onların arxasından nəzərlərindən gizli qalan şeyləri görmək üçün mənə nəzarət etmisən.
Sən mərhəmətinlə onları gizli saxladın və fəzilətinlə onların üstünə pərdə çəkdin. Nazil etdiyin hər bir xeyirdən ya üstün bildiyin yaxşılıqdan, ya yaydığın xeyirxahlıqdan, ya verdiyin ruzidən, ya bağışladığın günahdan, ya örtdüyün səhvlərdən mənim payımı artıq etməyini diləyirəm.
Ya rəbb, ya rəbb, ya rəbb, İlahi, ey Ağam, Mövlam, ey mənim sahibim, ey ixtiyarım əlində olan, ey ziyanlarımı və çətin vəziyyətimi bilən, ey mənim yoxsulluğumdan və ehtiyaclarımdan xəbərdar olan, ya rəbb, ya rəbb, ya rəbb! Haqqını, müqəddəsliyinin, çox əzəmətli keyfiyyətlərinin və adlarının xatirinə Sənə üz tutub yalvarıram ki, gecəli- gündüzlü vaxtım səni yada salmaqla keçsin, xidmətinə qovuşum, əməllərim dərgahında qəbul olsun. Yalvarıram ki, bütün işlərim və sözlərim yalnız bir olsun, vücudum daim sənin xidmətində olsun.
Ey mənim Ağam, ey arxalandığım və dərgahına əhvalımdan şikayət etdiyim!
Ya rəbb, ya rəbb, ya rəbb! Sənə xidmət etmək üçün bədənimin üzvlərinə güc ver, bədənimi bərkit, Sənin qorxun qarşısında mənə çalışmaq səyi bəxş. et və xidmətinə çatmaq üçün mənə dəyanət ver. Qoy yarış meydanlarında sənə tərəf tez gələ bilim, sənə tərəf can atanlar arasında tələsim, sənin həvəsində olanlar arasında şövqlə sənə yaxın düşüm, sadiq adamlar kimi sənə yaxınlaşım, möhkəm inamlı şəxslər kimi səndən qorxum, imanlı insanlarla birgə sənin dərgahının astanasında dayanım.
İlahi,pisliyimi istəyən hər kəsin sən də pisliyini istə, məni aldadanı sən də kələyə düçar et. Səndən ayrılan bir pay kimi məni özünün ən yaxşı bəndələrindən birinə, yeri sənə daha yaxın olan kəsə və sənin dərgahında yüksək məqamına görə ən seçilmiş şəxsə çevir.
Həqiqətən, sənin fəzilətin olmadan buna çatmaq olmaz. Böyüklüyün xatirinə mənə mərhəmət göstər, şöhrətinlə məni qoru, rəhmətinlə məni hifz elə, dilimdə adını zikr edib danışdır, ürəyimi məhəbbətinlə vurğun et, xoş cavabınla mənə minnət qoy, səhvimdən keç, yoldan büdrəyib çıxmağımı bağışla.
Axı bəndələrinə sənə ibadət etmək hökmü vermisən, Sənə dua etməyi onlara buyurmusan, onların duasına cavab verməyi zəmanət vermisən. Ona görə, Ya rəbb, üzümü sənə tutmuşam.
Ya Rəbb! Əlimi sənə tərəf uzatmışam. Səni böyüklüyünə and verirəm ki, duama cavab ver, məni arzuma çatdır, fəzilətindən ümidimi kəsmə, cin və insanlardan olan düşmənlərin şərindən məni saxla.
Ey tez razılıq verən Allah! Duadan başqa əlində bir şeyi olmayanı bağışla.
Axı sən istədiyini edə bilirsən.
Ey adı dərman olan, zikr edilib xatırlanması şəfa olan, itaətində durmaq zənginlik olan Allah! Sərmayəsi ümid, silahı ağlamaq olan kəsə rəhm et!
Ey nemətləri bol olan, ey çətinlikləri dəf edən, ey zülmətdən qorxan ürəklərin nuru, ey heç kəsdən heç nə öyrənməmiş alim!
Məhəmməd və ali Məhəmmədin nəslinə salam göndər. Mənimlə özünə yaraşan tərzdə rəftar et. Allah Peyğəmbərini və onun nəslindən olan xoşbəxt imamları bəyəndi və çox alqışladı.