Miras və İslam üçün AlHassanain Network Düşüncə

ZƏIFLƏRI HIMAYƏ ETMƏK

0 Nəzərlər 00.0 / 5
ZƏIFLƏRI HIMAYƏ ETMƏK
Quran
"Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə. Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!"  
"(Ya Rəsulum!) Rəbbinin camalını (rizasını) diləyərək səhər-axşam Ona dua edənləri yanından qovma. Onların əməllərini sənə, sənin əməllərinin isə onlara heç bir dəxli yoxdur. Buna görə də (onları qovsan) zalımlardan olarsan."  Və  
Hədis
Rəsulullah (s): Məni zəiflərin içində axtarın, çünki, siz bu zəiflərin hesabına ruzi və kömək edilirsiz.  
Rəsulullah (s): Aya sizi Allahın ən pis bəndəsindən agah edimmi? Təkəbbürlü kobud adam. Aya sizi Allahın ən sevimli bəndəsindən agah edimmi? Qüdrətsiz zəif adam.  
Əlmöcəmül- kəbir: (Üməyyə ibni Xaliddən): Peyğəmbər (s) ayaqyalın, lüt müsəlmanların köməyilə fəth edir və qalib gəlirdi.  
İmam Əli (ə): Peyğəmbər (s) buyurdu: "Bilin ki, hər kəs fəqir bir müsəlmanı kiçik saya Allahın haqqını kiçik saymışdır və Allah qiyamət günü onu (tövbə etməzsə) kiçik edəcəkdir."
Həmçinin buyurdu: "Hər kəs yoxsul bir müsəlmanı əziz tuta, qiyamət günü Allahın yanına gedərkən Allah ondan razı olacaqdır".  
İmam Sadiq (ə): Bir kişi Peyğəmbərin (s) yanına gəlib, gördü ki, paltarı köhnəlmişdi. On iki dirhəm Peyğəmbərə təqdim etdi. Peyğəmbər (s) buyurdu: Ey Əli! Bu dirhəmləri al, mənim üçün paltar al.
Əmirəlmöminin buyurur: Mən bazara getdim, on iki dirhəmə bir köynək aldım və Peyğəmbərin (s) hüzuruna gətirdim. Peyğəmbər (s) ona baxdı və buyurdu: "Ey Əli! əgər başqa bir köynək olsaydı daha yaxşı olardı. Görəsən sahibi onu geri götürər?
Dedim: Bilmirəm.
Buyurdu: "Ged gör qaytararmı.?"
Mən satıcının yanına getdim və dedim: Peyğəmbər (s) bunu bəyənmədi və başqa bir köynək istəyir. Bunu bizdən geri al.
Satıcı dirhəmləri mənə qaytardı və mən onları Peyğəmbərin (s) hüzuruna gətirdim. O, köynək almaq üçün bazara gəldi. Yolda balaca bir kənizi gördü ki, bir kənarda oturub ağlayır.
Peyğəmbər (s) ona buyurdu: "Nə olubdur"?
Balaca kəniz dedi: Ey Allahın Peyğəmbəri (s)! Mənim ailəm mənə dörd dirhəm verdilər ki, onlar üçün bir şey alım. Amma mən pulları itirmişəm və onların yanına qayıda bilmirəm.
Peyğəmbər (s) ona dörd dirhəm verdi və buyurdu: "Qayıt ailənin yanına."
Sonra Peyğəmbər (s) bazara getdi, dörd dirhəmə köynək aldı, onu geydi, Allaha şükür etdi və bazardan çıxdı. Sonra bir kişini gördü ki, lütdür və deyir: Hər kəs məni geyindirə, Allah behişt paltarı ilə onu geyindirsin! Peyğəmbər (s) aldığı köynəyi əynindən çıxarıb o yoxsula geyindirdi. Sonra bazara qayıdıb qalan dörd dirhəmlə başqa bir köynək aldı, onu geyindi, Allaha şükür etdi və evinə tərəf qayıtdı. Birdən- birə gördü ki, həmin balaca qız yolda oturub və ağlayır. Soruşdu: "Nə üçün ailənin yanına getmirsən?"
Dedi: Ey Allahın Peyğəmbəri (s) gecikmişəm, qorxuram məni vursunlar.
Peyğəmbər (s) buyurdu: "Qabağa düş və evinizi mənə göstər." Getdi, onların evinə çatdı, dayandı və buyurdu: "Salam olsun sizə ey ev əhli!" Amma cavab gəlmədi. Peyğəmbər (s) ikinci dəfə salam verdi, yenə də cavab vermədilər. Üçüncü dəfə salam verdi və bu dəfə ev sahibləri cavab verdilər: Allahın salamı, rəhməti və bərəkəti sizə olsun ey Allahın Peyğəmbəri!"
Peyğəmbər (s) onlara buyurdu: "Nə üçün birinci və ikinci dəfə salamımın cavabını vermədiniz?"
Dedilər: Ey Allahın rəsulu! Sizin salamınızı eşitdik, amma istədik ki, onu çox deyəsiniz.
Peyğəmbər (s) buyurdu: "Bu balaca kəniz evə gəlməyə gecikib. Ona əziyyət verməyin".
Dedilər: Ey Allahın rəsulu! Onu sənin qədəmlərinə xatir azad etdik.
Peyğəmbər (s) buyurdu: "Şükr olsun Allaha! Bu on iki dərhəmdən bərəkətlisini görməmişəm. Allah onlarla iki paltarsızı geyindirdi və bir insanı azad etdi.  


Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə