Miras və İslam üçün AlHassanain Network Düşüncə

CAMAATI ÖZÜ VƏ AILƏSINDƏN QABAĞA TUTMAQ

0 Nəzərlər 00.0 / 5
CAMAATI ÖZÜ VƏ AILƏSINDƏN QABAĞA TUTMAQ
İmam Baqir (ə) Məhəməd ibni Müslimə: Ey Məhəmməd! Aya güman edirsənmi ki, Allah- Taala Peyğəmbəri (s) Peyğəmbərliyə seçdiyi gündən onun canını aldığı günədək üç gün ardıcıl olaraq doyunca buğda çörəyi yedi?
Yox, and olsun Allaha! O, Allah onu Peyğəmbərliyə seçdiyi gündən, onun canını aldığı günədək üç gün ardıcıl doyunca buğda yeməyi. Agah ol! Mən demirəm ki, bir şey tapa bilmirdi. O, bəzən bir nəfərə yüz dəvə mükafat verirdi. İstəsəydi özü yeyərdi.  
Əttəbəqətül- Kübra (İbni Abbasdan) nəql edir: And olsun Allaha, elə gecələr olurdu ki, Məhəmməd (s) şam yeməyi tapmırdı.  
Sünəni Termizi (ibni Abbasdan) nəql edir: Peyğəmbər (s) neçə gecə ardıcıllıqla ailəsi ilə ac yatırdı və yemək üçün şam tapmırdılar. Onların çörəyi çox vaxt buğda idi.
Fəthülbari (Ayişədən) nəql edir: Peyğəmbər (s) heç vaxt üç gün ardıcıl doyunca yemək yemədi. Əgər istəsəydik doyunca yeyə bilərdik, amma o isar edirdi (olmayanlara verirdi).  
Əl- məhəccətül- bəyza (Ayişədən) nəql edir: Allahın rəsulu (s) dünyada getdiyi anlara qədər üç gün ardıcıl doyum yeməyi yemədi. Əgər istəsəydik doyunca yeyə bilərdik. Amma biz başqalarını özümüzdən qabaq salırdıq.  
Sünəni ibni Macə (Ayişədən): Peyğəmbər (s) həyatda olanadək Məhəmmədin (s) ailəsi heç vaxt iki gün dalbadal arpa çörəyilə doymadı.  
Əttəbəqətül- Kübra: (Ayişədən): Peyğəmbər (s) dünyadan gedənədək Məhəmmədin (s) ailəsi heç vaxt üç gün ardıcıl olaraq doyunca səhər yeməyi və şam (hətta arpadan belə) yemədi.
Əttərğib vəttərhib Ənəs ibni Malikdən: Fatimə (ə) Peyğəmbərə (s) bir tikə arpa çörəyi verdi. Peyğəmbər (s) buyurdu: "Bu birinci yeməkdir ki, atan üç gündən sonra yeyir"
Əlmüsənnəf, ibni Əbu Şəybə- Həsəndən:   
Peyğəmbər öz mallarından camaata yardım edirdi və o yerə qalırdı ki, (kasıblıqdan) öz mələfəsini dəri ilə tikirdi. Allah rəhmətinə gedənə kimi, heç vaxt olmadı ki, üç gün ardıcıl, həm səhər yeməyi yesin və həm şam.  


Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə