Miras və İslam üçün AlHassanain Network Düşüncə

DÜŞMƏNIN PLANINI POZAN FƏRMAN

0 Nəzərlər 00.0 / 5

Quşəm ibni Abbas Əmirəl-möminin Əli (əleyhissalam)-ın əmisi oğlu Peyğəmbər səlləllahu əleyhi alihi səlləmin yaxın əshablarından hesab olunurdu o Həzrətə oxşayırdı. İmam Əli (əleyhissalam) ölkənin idarə işlərini əlinə aldıqdan sonra onu Məkkə şəhərinin hakimi təyin etdi. O, Əli (əleyhissalam) şəhadətə çatana kimi Məkkənin hakimi oldu. Əli (əleyhissalam)-ın birinci dərəcəli düşməni Müaviyə gizlincə xəyanət planı hazırladı. Həmin plan həcc mövsümündə bir qrup adamın Şamdan Məkkəyə getməsi orada şayiə yaymaq yalan deməklə xalqı Əli (əleyhissalam)-ın əleyhinə qaldırmaq həmçinin xalq arasında Əli (əleyhissalam)-ı Osmanın qatili yaxud ondan himayə etməyən bir kəs kimi tanıtmaq, digər tərəfdən isə Müaviyənin süni işıqlarını yaymaqdan ibarət idi. Əli (əleyhissalam)-ın Şamda gizli olan xəbər çatdıranları əhvalatı ona xəbər verdilər. İmam Əli (əleyhissalam) dayanmadan Quşəmə bir məktub yazıb onu baş verəcək hadisədən agah etdi. Həmin məktubda belə gəlib:

Mənim xəbər çatdıranlarım Şam camaatın-dan kor qəlbli cildini dəyişib tanınmaz olan bir qurpun Məkkəyə tərəf göndərilməsini məlumat vermişdirlər.

Onların məqsədi həcc mövsümündə camaatın zehnini qaraltmaq batili haqq kimi qələmə verməkdən ibarətdir.

Onlar dini dünyaya satanlar axirət cəzalarından xəbərsiz olduqlarına görə olan yarışda olan imkanlardan aqilanə istifadə etməklə. ( Məkkənin ehtiramını nəzərə almaqla yanaşı) eyni zamanda ciddi düşmən planını poza biləcək bir qiyam hərəkət et.

Rifah nemət vaxtı məğrur xoşhal olan, narahatlıq çətin vaxtda isə süst zəlil olanlardan olma hökmən işə ciddi başla, vəssəlam.

 

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə