Miras və İslam üçün AlHassanain Network Düşüncə

ÜSTÜN CƏHƏTLƏRƏ GÖRƏ VƏZIFƏYƏ TƏYIN ETMƏK

0 Nəzərlər 00.0 / 5

Ömər ibni Əbi Sələmə Ümmü Sələmənin oğlu (Rəsulullahın) həyat yoldaşı idi Cəfəri Təyyarın atası o vaxt onunla Həbəşəyə mühacirət etdikdə dünyadan getdi bu hadisədən sonra Peyğəmbər səlləllahu əleyhi alihi səlləm onun anası ilə evləndi. Bu adam Əli (əleyhissalam)-ın onu Bəhreyn Farsın hakimi təyin etdiyi ləyaqətli bir şəxs idi. Digər tərəfdən qüdrətli şair Ənsarın söz ustadlarından sayılan Noman ibni Əclan özünün gözəl şerləri ilə nübüvvət xanidanını himayə etməyə qalxdı.

İmam Əli (əleyhissalam) üstünlük qanunla-rına riayət əsasında Ömər ibni Əbi Sələmə ni vəzifəsini layiqincə yerinə yetirəndən sonra geri çağıraraq Noman ibni Əclanı onun yerinə təyin etdi, çünki Siffeyn müharibəsi davam edirdi Ömər ibni Əbi Sələmənin vücudu onun həm Qüreyşin böyüklərindən, həm İslamda gözəl keçmişə malik olan şəxsiyyətlərindən sayıldığına görə orada daha çox lazım idi. İmam Ömər ibni Sələməyə aşağıdakı məzmunda bir sifariş göndərdi:

Mən Noman ibni Əclanı Bəhreynin valisi təyin edərək sənin ixtiyarını oranın valiliyindən geri çağırdı. Sən orada öz rəhbərliyini çox gözəl yerinə yetirərək əmanət haqqını düşzgün riayət etdin. Belə ki, heç bir sui-zənnə səbəb olmadın tez özünü mənə çatdır çünki qərara almışam Şam tələbkarlarına doğru hərəkət edəm. Mənimlə yoldaş olmağını çox istərdim. Çünki sən elə adamlardansan ki, həmişə düşmənlə döyüşdə İslamın əsasını bərpa etməkdə bizlərə kömək etmisən sən bu işlərə layiqsən. İnşallah.”

 

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə