Miras və İslam üçün AlHassanain Network Düşüncə

HÜSEYN (Ə)-IN İRAQA TƏRƏF YOLLANMASI

0 Nəzərlər 00.0 / 5

HÜSEYN (Ə)-IN İRAQA TƏRƏF YOLLANMASI

Müslimin məktubu imam Hüseyn (ə)-a çatdıqdan sonra öz ailəsi, övladları və bir dəstə dostları ilə birgə İraqa tərəf yollandı. Digər tərəfdən isə Ubeydullah Yeziddən göstəriş aldıqdan sonra Kufəyə yollandı. Ubeydullah İraq camaatını, xüsusilə də Kufə əhalisini lap yaxşı tanıyırdı. Atası uzun illər boyu bu şəhərdə hakim olmuş və o, da atasının əli altında böyümüşdü. O, Kufə camaatı ilə necə rəftar edəcəyini çox gözəl bilirdi. Şəhərə yetişdiyi ilk gündən qorxu və rüşvət gücünə əhalini, bacarıqlı şəxsləri ələ aldı və onların vasitəsilə başqalarını susduraraq öz yerlərində oturtdu. Casus tə’yin etmək vasitəsi ilə Müslimin gizlənmiş olduğu yeri öyrəndi. Əvvəlcə Müslimə sığınacaq vermiş Hani ibni Urvəni zindana saldı. Müslim öz tərəfdarları ilə birgə müharibəyə qalxdı. Ancaq bu dəstə (onların sayının 100000 olduğunu qeyd edirlər) müharibə hələ qızışmamış, şücaət nümayiş etdirmədən və heç bir tələfata mə’ruz qalmadan bir gün ərzində Müslimin ətrafından dağıldılar, beləki, o, axşam namazını qıldıqdan sonra ətrafında bir nəfərin belə olmadığını müşahidə etdi. Nəhayət Müslimin gizləndiyi yeri hakimə mə’lumat verdilər. Müslim yaxalandıqdan sonra Ubeydullahın göstərişi ilə Hani ilə birgə öldürülərək başsız bədənlərini Kufə bazarlarında yerlə sürüdülər. Kufənin başçıları evlərinə elə soxulmuşdular ki, guya heç bir hadisədən xəbərləri yox idi.

Hüseyn (ə) yolda olarkən Müslimlə Haninin ölüm xəbərini, həmçinin Kufə camaatının öz əhdlərinə vəfasız olduqlarını eşitdi, bu xəbəri onu müşayiət edən yoldaşlarına da yetirdi. Və onları yolu davam etdirməkdə və ya ondan ayrılmaqda azad buraxdı. Bir dəstə adamın geri dönməsinə baxmayaraq yaxın qohum-əqrəbası ilə bir neçə müxlis və imanlı yoldaş və sirdaşları onunla qalmışdılar. İmam Kufəyə yaxınlaşan zaman Ubeydullahın keşikçi qoşunu ilə üzləşdi. Bəni Riyah qövmindən olan qoşun başçısı Ziyadın oğlu Hürr İmamın yolunu kəsərək nəhayət onları Kərbəla adlı ərazidə dayandırdı. Kufənin hakimi İmamın Kufəyə yaxınlaşmaq xəbərini aldıqdan sonra Sə’d ibni Əbi Vəqqasın oğlu Ömərin başçılığı ilə daha bir qoşun onun üzərinə göndərdi. Ubeydulah Hüseyn (ə)-dan Yezidə beyət etməsini istəyirdi, lakin İmam qəbul etməyib döyüşə hazırlaşdı.

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə