Miras və İslam üçün AlHassanain Network Düşüncə

TƏKAMÜL

0 Nəzərlər 00.0 / 5

Quran

"Onlar (yəhudilər): "Allah heç bir bəşərə bir şey (Quran) nazil etməmişdir", - deməklə Allahı layiqincə qiymətləndirmədilər"[1]

Hədis

İmam sadiq (ə) bir zındığın və heç bir şeyə etiqad bəsləməyənin (Allahı inkar edənin) Peyğəmbərləri hansı yolla sübut edirsən?

Sualın cavabında belə buyurdu: Elə ki, sübut etdik bizi yaradan və (aləmi) quran var və o, bizim hamımızdan və bütün yaratdıqlarından üstündür, həkim və uca bir yaradıcıdır, belə ki, mümkün deyil onun yaratdıqları onu görsün və ya ləms etsin ki, (bu yolla) edə bilsinlər bir- biri iləvasitəsiz və bir başa əlaqə yaratsınlar və bir biri ilə danışsınlar və söhbət etsinlər, (bu yolla) sabit olur ki, yaradanın öz xalqının arasında səfirləri vardır ki, onun sözlərini məxluqları və bəndələri üçün bəyan edirlər və onları öz məsləhətləri, mənfəətləri və əbədilik amillərinə tərəf hidayət edir, və məhv olma amillərini onlara bəyan edirlər. Buna əsasən, sabit olur ki, yaradılmışların arasında bir sıra şəxslər mövcudur ki, həkim və alim Allahın tərəfindən əmr və nəhy edir və onun elçiləridir. Bunlar onun məxluqlarının arasından seçilmiş Peyğəmbərlərdirlər; elə bir həkimdirlər ki, hikmətlə tərbiyə ediliblər, hikmətlə göndərilibdirlər, halbu ki, onlar xilqət və bədən yaradılışında başqa camaat kimidirlər, amma halları tamamilə onlardan (camaatdan) fərqlidir, həkim və alim Allahın tərəfindən hikmətlə təyid və təsdiq ediliblər.[2]

İma Rza (ə): Peyğəmbərləri tanımaq, təsdiq etmək və onlardan itaət etməyin zəruriliyinin səbəbi barəsində buyurur: Camaat (ümumi xalq) öz məsləhətlərini kamil formada dərk etmə qüdrətinə və təbiətinə malik olmadıqları üçün, başqa bir tərəfdən aləmləri yaradan gözlə görünmədiyi üçün və bəndələri onu dərk etməkdə aciz və natəvan olduqları üçün, gərək Allah və camaat arasında məsum bir rəsul (elçi) olsun ki, onun əmrlərini, nəhylərini və bildirişlərini onlara yetirsin və mənfəətlərini təmin edən, zərərlərini qaytaran amillərdən onları xəbərdar etsin; çünki, onların vücudunda elə bir şey yoxdur ki, onunla öz (kamil) ehtiyaclarını, zərər və mənfəətlərini tanıya bilsinlər.

Əgər Peyğəmbəri tanımaq və ona itaət göstərmək vacib olmasaydı, Peyğəmbərlərin gəlməsinin heç bir nəticəsi olmazdı və (onları göndərmək) heç bir problemi həll etməzdi. (Bu halda onları göndərmək) əbəs və bihudə bir iş olardı, halbu ki, belə bir iş hər bir şeyi dəqiqliklə və dəqiq hesabla yaradan həkim bir varlıqdan baş verə bilməz.[3]



[1] - Ənam surəsi, ayə 91

[2] - Kafi, cild 1, səh 168, hədis 1, Əttövhid, səh 149, hədis 1, İləlüşşəraye, səh 120, Biharul- ənvar, cild 11, səh 29, hədis 20, Əlehticac, cild 2, səh 213, hədis 223

[3] - İləl- üş- şəraye, səh 253, Üyuni əxbarir- Rza, cild 1, səh 107

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə