Fikir azadlığı
Fikir azadlığı
İlahi Peyğəmbərlər, bu zəncirləri qırmaqla, insanın fikrini azad edirlər və şəhvət bataqlığında basdırılmış ağıl xəzinələrini çıxarırlar. Bu cəhətdən İmam Əli (ə) Peyğəmbərlərin besətinin- göndərilməsinin- fəlsəfəsi barəsində belə buyurur:
«و یثیروا لهم دفائن العقول»
İlahi Peyğəmbərlər gəldilər ki, bəşər ağılları xəzinələrini çıxarsınlar.[1]
Nə qədər ki, insan şəhvət əsiridir, nə qədər ki, fikir və təfəkkür, həvəs və meyllərin torundadırlar və nə qədər ki, fikirin yanar məşəli xüdpərəstik pərdələri altında gizlidir, elm və təfəkkürün insan təkamülü yolunda heç bir rolu olmayacaqdır. Bu barədə Əmirəlmöminindən (ə) rəvayət olubdur ki, buyurur:
«حرام علی کلّ عقل مغلول بالشّهوه أن ینتفع بالحکمه»
Şəhvət zəncirində olan hər bir ağıla hikmətdən faydalanmaq haramdır.[2]
Bu haramlıq təkvini haramlıqdır, (yəni həqiqi məhrum olmaqdır) yəni o cürə ki, xəstənin cismi dadlı yeməkdən ləzzət aparmır və yaxşı və qüvvətli yemək təkcə insanın cismi sağaldıqdan sonra onun üçün faydalı olur, insanın ruhu və canı da mümkün deyil ki, sağalmaqdan (ruhun qidası onun) hikmətdən bəhrələnsin.
Ruhun xəstəliklərini müalicə etməklə, təfəkkür zəncirlərini qırmaqla və fikrin pərdələrini kənara çəkməklə ağılın yanar işığı aşkar olur və insanın inkişaf yolunu işıqlandırır.
Əli (ə) bu barədə buyurur:
«من غلب شهوته ظهر عقله»
Hər kəs öz şəhvətinə qalib gələrsə, ağılı aşkar olar.[3]
Bu barədə Qurani kərim Peyğəmbərlərin hökümətinin nizamını belə tərsim edir:
"Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər!"[4]
Tağut- zalım hakimiyyət- rejimində bu məsələ əksinədir; yəni, bu nizamlar elə tənzim olubdur ki, heyvani meyllər və həvəslər insana qalib gəlsin ki, meyllər onun baxış və təfəkkürünü örtsün, nəticədə həqiqət pərdə arxasında qalsın, çünki, bu nizamlar hər ad və şəkillə olursa olsun, istər kominizm və ya liberializm və istər padşahlıq və səltənət, insanların cahilliyindən qidalanırlar və ümumi xalqın agahlığı onların dağılma amilidir. Qurani kərim bu barədə buyurur:
"Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!"[5]
Nur və hidayət
Quran
"Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!"[6]
"Biz Musaya: "Tayfanın (İsrail oğullarını) zülmətdən nura çıxart və Allahın (vaxtilə onlara nemət verdiyi) günlərini xatırlat. Bunda çox səbir və şükür edənlər üçün, sözsüz ki, neçə-neçə ibrətlər var!" (deyib) onu möcüzələrimizlə (peyğəmbər) göndərdik."[7]
"Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Quran) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) - yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükürə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik."[8]
Hədis
İmam Əli (ə) həzrəti Peyğəmbərin vəsfində belə buyurur: Allah onu Peyğəmbərlərin şəcərəsindən, işıqlı yerdən, qabaqcıl hündürlüydən (yəni görkəmli və şərafətli ailədən), Məkkənin mərkəzindən, qaranlığın işığından və hikmət bulaqlarından seçdi.[9]
İmam Əli (ə) İslamın vəsfində belə buyurur: Onda nemətlərin baharı və qaranlıqların işıqları var. Yaxşılıqların qapısı onun açarlarından başqa heç bir şeylə açılmaz və qaranlıqlar onun işıqlarından başqa heç bir şeylə aradan getməz.[10]
[1] - Nəhcülbəlağə, xütbə 1
[2] - Ğürərül- hikəm, hədis 4902
[3] - Ğürərül- hikəm, hədis 7953
[4] - Bəqərə Surəsi, ayə 257
[5] - Bəqərə Surəsi, ayə 257
[6] - Maidə surəsi, ayə 16
[7] - İbrahim surəsi, ayə 5
[8] - İbrahim surəsi, ayə 1
[9] - Nəhcülbəlağə, xütbə 108, Biharul- ənvar, cild 16, səh 381, hədis 94
[10] - Nəhcül- bəlağə, xütbə 152, Biharul- ənvar, cild 32, səh 39, hədis 25