Miras və İslam üçün AlHassanain Network Düşüncə

HAQQ TƏRƏFDARINA RƏHMƏT

0 Nəzərlər 00.0 / 5

YETMİŞİNCİ HEKAYƏT

Haqq tƏrƏfdarIna rƏhmƏt

Təlhə və Zübeyr iki nəfər Qüreyşin məşhur Peyğəmbəri böyük əshablarından hesab olunurdular. Bu iki nəfər Osmanın ölümündən sonra Həzrət Əli (əleyhissalam)-la beyət etmədə ilk adamlardan sayılırdılar.

Camaatın Əli (əleyhissalam)-la beyət etməsində bu iki nəfərin xüsusi rolu olmuşdur. Lakin Həzrət Əli (əleyhissalam) xilafətə keçdikdən sonra işlərə İslami ədalətlə başladı. Bu iki nəfər bəzi məsələlərdə xüsusilə də iki məsələdə Əli (əleyhissalam)-a qarşı etiraz səslərini ucaltdıqda nəticəsi Əli (əleyhissalam)-la bu iki nəfər arasında olan münasibətlərin pisləşməsinə gətirib çıxartdı.

1-Deyirdilər: Niyə Əli (əleyhissalam) ölkənin siyasi məsələlərində bizimlə məsləhətləşmir?

2-Deyirdilər: Niyə o Həzrət beytül-malın bölgüsündə bizimlə başqaları arasında fərq qoymur, hamını bir gözdə görərək beytül-malı bərabər şəkildə bölür.? Bir halda ki, biz islamın sabiqəli şəxsiyyətlərindən hesab olunuruq və s... Əgər siyasət hiylə və aldatma mənasında olsaydı, Əli (əleyhissalam) gərək onları öz qanadı altına alıb ağızlarını yummalarından ötrü onlara rüşvət də verməliydi. Lakin İslamdakı siyasət işlərin ədalət və islami tədbiri əsasında bölün-məsidir. Elə buna görə də artıq pay tələb edənlərə gözü yummaq olmaz. Habelə başqasının haqqı onlara verilməməlidir.

İmam Əli (əleyhissalam) bu iki nəfərin etirazının cavabında belə buyurdu:

Siz cüzi işlər ucbatından qəzəblənib bir çox yaxşılıqları görməməzliyə aldınız. Mümkündür. mənə sizin hansı haqqınızı tapdadığını söyləyəsiniz? Ya sizin hansı payınıza yiyələnməyimi deyəsiniz?!

Ya müsəlmanlar tərəfindən edilən hansı haqq və şikayəti gətiriblər və mən də o işə baxmaqda acizlik göstərmişəm? Yaxud deyə bilərsinizmi hansı İlahi hökmdən xəbərsizəm ki, onun yolunda səhv etmişəm?”

Sonra xilafət və rəhbərlik mövzusunda ki, Həzrətin öz haqqından və camaatın özü o Həzrətin bu vəzifəni seçməsini istəmişdilər, işarə edib axırda buyurdu:

Allah haqqı görüb ona kömək edənlərə, zülmü gördükdə isə onu rədd edərək haqqı öz sahibinə qaytaranlara rəhmət etsin.”

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə