YADDAŞLARDAN SILMƏK SIYASƏTININ ƏSASLARI

Yuxarıda qeyd olunan nöqtələri açıqlamaqla yanaşı Allahın Rəsulunun (s) vəfatından sonra Mədinənin ictimai vəziyyəti, camaatın həqiqət yolunu tapmaqda məsuliyyətsizliyi, həmçinin Əhli beyt (ə) müxaliflərinin hakimiyyətə çatmalarına işarə edəcəyik.
ƏLI IBN ƏBI TALIBIN (Ə) FƏZILƏTLƏRINI GIZLƏTMƏK
Şiə və sünnü kitablarında olan rəvayətlərə əsasən, Allahın Rəsulu (s) bir çox yerlərdə əmisi oğlu Əli ibn Əbi Talibin (ə) fəzilətlərini açıqlamış, camaata onun haqqında çoxlu sözlər demişdi. Amma bilmək lazımdır ki, bu gün bizim əlimizdə olan çoxlu və nəzmə salınmış bu rətəvayətlər heç də o zaman hamı üçün belə olmamışdır. Məxsusən, Mədinə və onun ətrafında yaşayan insanların bir çoxu savadsız və yazı yazmaqdan məhrum idilər. Əllərində olan yazılıların da əksəriyyəti Quran ayələrindən ibarət idi.
Digər bir tərəfdən də özlərini Allahın Rəsulunun (s) qohumlarından sayan həzrətin bəzi ardıcılları qəlblərində Əli ibn Əbi Talibə (ə) olan kinə əsasən onun fəzilət və üstünlüklərini gizlətmək üçün əllərindən gələni edir, dəfələrlə onun haqqında şayiələr yayırdılar. (Qeyri-şiə rəvayətlərində bu şayiələrin sayı az deyildir) Bir vaxt şayiə yayaraq Allahın Rəsulunun (s) əziz qızı Fatimənin (ə) istəyinin əksinə olaraq Əbucəhlin qızını almaq istəməsinə görə Allahın Rəsulunu (s) əziyyət edənləri lənətləyən “Əhzab” surəsinin 57-ci ayəsinin Əli ibn Əbi Talibin (ə) haqqında nazil olmasını deyir (Başqa bir vaxt söz yayaraq) Allahın Rəsulunun (s) Əli ibn Əbi Talibə (ə) olan nifrətinin şiddətindən kənarında olmasın deyə “Təbuk” müharibəsində özü ilə aparmamasını söyləyirdilər.
Bu baxımdan Allahın Rəsulu (s) hər zaman kürəkəninin fəzilətlərindən söz açıb həqiqəti açıqlamaq istədikdə, müxaliflər müxtəlif yollarla bu işin qarşısını almağa çalışır, yayılmasına mane olurdular. “Səhihi-Buxari” və “Səhihi-Müslüm” kitablarında onlarla yerdə oxuyuruq: “Allahın Rəsulunun (s) sözü bu yerə çatdıqda bir dəstə ya qışqırır, ya da təkbir deyərək həzrətin sözünü tamamlamasına imkan vermirdilər.”
O cümlədən Cabir ibn Sumrədən olan rəvayətdə deyilir: Həzrət Peyğəmbərdən eşitdim ki, buyururdu: “Məndən sonra on iki əmir və xəlifə gələcəkdir.” O, həzrət daha sonra bir cümlə buyurdu ki, (bir dəstənin səs-küyündən) düz eşitmədim. (Allahın Rəsuluna (s) daha yaxın durmuş) Atam dedi: Eşitmədiyin cümlə bu idi: On iki nəfərin hamısı Qureyşdəndir.”
Adətən, bu rəvayətə oxşar bir çox hədislərdə hədisin bir hissəsi pozulmuşdur. Təkcə başqa rəvayətlərin kənarına qoymaqla hədisin tam və həqiqi mənasını əldə etmək mümkündür.
Beləliklə, Allahın Rəsulunun (s) Əlinin (ə) fəzilətləri və onun özündən sonra olacaq məqamını bəyan etmək üçün çəkdiyi zəhmətləri inkar etmək mümkün deyildir. Lakin bir çox yerlərdə hakimiyyət arzusunda olanların məkr, hiylə və qabaqcadan qurduqları tələlər nəticəsində bu xəbərlərin yayılmasının qarşısı alınırdı. Bu fitnələr o qədər təsirli idi ki, “Həccətul-Vida”da «يا ايّهاالرّسول» ayəsi nazil olduğu zaman Allahın Rəsulu (s) əvvəlcə onu çatdırmaqda azca gecikdi. Səbəbi, hakimiyyət eşqində olanların ümumiyyətin qəbul etməsinə mane ola biləcəklərindən və həzrətin əleyhinə hiylə qura biləcəyindən ehtiyat etməsinə görə idi. Buna görə də Allahın “Allah Səni camaatın şərrindən qoruyacaqdır” – təsəlli verəcək xəbəri yetişməyincə, Əli ibn Əbi Talibin (ə) imamət və rəhbərliyini aşkar şəkildə bəyan etmədi.