Elm vasitə, iman isə məqsəddir
Elm vasitə, iman isə məqsəddir
Elm vasitə, iman isə məqsəddir. Elm-sürət, iman isə istiqamət verir. Elm-əqlin kamilliyidirsə, iman ruhun gözəlliyidir.
İslam dini ağıl sahibi olan insanları öz istək və ixtiyarı ilə xeyirli işlərə doğru yönəldən, bununla yanaşı onlara həm dünya, həm də axirətdə rahatlıq və səadət bəxş edən ilahi qanunlardan ibarətdir. Tərbiyə kəlməsinin müqabilində işlədilən təlim kəlməsi isə düzəltmək, nəzarət etmək, nizama salmaq kimi mənalara malikdir. Dini təlim dedikdə, din həqiqətlərinin insanlara aşılanması, öyrədilməsi və onların rahatlıq, səadət mənbələrindən bəhrəlkənmələri uğrunda göstərdikləri fəaliyyətlər nəzərdə tutulur.
İbtidai, natamam orta təhsili bitirdikdən sonra orta təhsilə başlayan yeniyetmələr artıq uşaqlıq dövründən gəncliyin ilk pillələrinə qədəm qoymuş kimi sayılırlar. İrsən Gələn, uşaqlıq dövründə də mövcud olan düşüncə, duyğu və təlaşlar, ilk gənclik illərindən "dini oyanış" şəklində ortaya çıxır. Beləliklə, gənclərdə baş verən hadisələri daha şüurlu qavramaq istəyi görünür. Buna görə də gənclər beyinlərində yaranmış dini problemlərə cavab axtarırlar.
Şübhəsiz ki, onların bu vəziyyəti dini reallıqlara ciddi münasibətlərindən qaynaqlanır. Məhz bu mərhələdə yeniyetmələr iman, əməl və əxlaq barədə onları düşündürən problemləri həll edə biləcək dini təlim və əxlaqi meyarlara ehtiyac duyurlar. Bu mərhələdə gənclərdə fiziki dəyişikliklər, cinsi yetginlik və emosional münasibətlərdən qaynaqlanan bir uğursuzluq (dağınıqlıq) müşahidə edilir. Bu səbəbdən onlarda stress, böhran və durğunluq halları təzahür edir. Bu cür psixoloji gərginlik içində dini və mənəvi dəyərlər gəlir.
Allah-Taala Quranda buyurur: "bilin. Allahı zikr və yad etməklə qəlblər (ruhlar) rahatlıq tapar". İnsanların, xüsusilə də uşaq və gənclərin dini təlimlərdən məhrum edilməsi onların ülvi düşüncə və müqəddəs duyğulardan, dini şüurun verdiyi yüksək dəyərlərdən məhrum edilmələri deməkdir. Şübhəsiz, bu məhrumiyyət onların batini və zahiri dünyalarına mənfi təsir göstərir. Dini duyğu və mənəviyyət kimi yüksək dəyərlərdən məhrum olan bir insan gələcəkdə mərhəmətsiz, vicdansız, şüursuz və qayəsiz bir vücud sahibinə çevriləcəkdir.
Çünki imansız və tdikləri əməllərə Allah qarşısında cavab verəcəyinə (qiyamət gününə) inanmayan şəxslər bu cür fikirləşirlər. "Əgər yalnız bu gün yaşayıramsa, sabah isə artıq mövcud olmayacağamsa və haqqımdakı xatirələr də unudulacaqsa, onda nə üçün hər bir qayğıdan azad surətdə, istədiyim kimi yaşamayım? (Özü də bir haldaki, o cür yaşaya bilərəm!)".
Bu tip gənclərin yaşadıqları cəmiyyətlərdə etnik və hüquqi cinayətlərin artması, intihar, üsyan və terror hallarının ortaya çıxması da qaçılmazdır. Müvafiq dini təlimin səfərbərliyi sayəsində hər bir gənc özündə iradə, sağlam şəxsiyyət və xarakter qazanmış olacaq, mənfi cərəyan və hərəkətlərdən qətiyyən təsirlənməyəcək, əksinə, mübarizə əzmi ilə yaşayaraq insanlığa yüksək dərəcədə xidmət etmiş olacaqdır. Bəşəri hüquq və azadlıqlara hörmət bəsləyən, dövlətə, vətənə və millətə qarşı özünü borclu hiss edən geniş dünyagörüşlü, yaradıcı, bacarıqlı və məhsulrad insanların yetişdirilməsi yaxşı dini bilik və əxlaq dərsi almaqdan çox asılıdır. Ulu tanrı valideynlərə övladlarına təlim verməyi əmr etmiş və bununla da onları məsuliyyətli etmişdir: "Ey iman gətirəbnlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır (daşdan düzəldilmiş bütlər)" (Təhrim surəsi, ayə 6).
Həzrət Əli (ə) həmin ayəni "özünüzə və əhli-əyalınıza xeyirli (yaxşılıq və gözəlliyi, ali dəyərləri) öyrədin" şəklində mənalandırmışdır. (hakim-"Müstədrəküs-səhiheyn", 1v cild, səh. 494).
İslam peyğəmbəri (s) dini və əxlaqi əsasları öz hədisləri vasitəsilə bəşəriyyətə ən gözəl bir şəkildə izah etmiş, hərəkət və davranışları ilə örnək olaraq onları ən yüksək səviyyədə təlimatlandırmışdır. Onun bu mövzu ilə əlaqədar hədis və davranış tərzinin təsvir edildiyi əsərlərdə bu məsələlərə aid çoxlu misallar tapmaq mümkündür. Təmizlik, düzlük, dürüstlük, valideynə hörmət və yaxşılıq, səbr, ədalət, cəsarət vətən sevgisi, şəhidlik, şəfqət və mərhəmət, comərdlik, fədakarlıq, ifrat və təfitdən çəkinmək, zərərli adətlərdən uzaq olmaq, sir saxlamaq, əmanətə vəfa etmək, intihar etməmək, təvazökarlıq, ədəb və nəzakət, islam peyğəmbəri(s) uşaqlara təlim edilməsini tövsiyyə etdiyi əsaslardan yalnız bir neçə nümunədir. Əsasən, "Mən bir müəllim kimi göndərilmişəm" (ibn Macə "Sünən", səh. 17),"Uşaqlara ikram edin və onlara yaxşı tərbiyə verin" (ibn Macə-sünən", "Ədəb" kitabı, hədis 3), "Bir ata övladına yaxşı tərbiyədən daha üstün heç nə verə bilməz" İ ibn Əsir-"Cameül-üsul", 1 cild, səh. 416) buyuran peyğəmbərimiz (s) dini təlimin uşaqlar üçün əhəmiyyətini çox qısa və aydın bir həkildə ümmətə bəyan etmişdir. Hər bir uşağın, yeniyetmənin, gəncin vətənə, yaşadığı cəmiyyət üçün lazımlı, layiqli vətəndaş kimi böuüməsində elmin və dinin rollarını bir-birindən ayırmaq düzgün deyildir. Tarixin müəyyən mərhələlərində insanların tərbiyəsinə sırf elmi və sirf dini yanaşmalar olmuşdur. Lakin bunların heç bir istənilən səmərəni verməmişdir. Çünki elm fəzilətli və şərəfli yox, qüdrətli insan formalaşdırır. Bu cümlənin birinci hissəsi dinin öhdəsinə düşür.
Çox təəssüflər oldun ki, nə elmi, nə də dini kimil bilməyənlər onları qarşı-qarşıya qoymağa çalışmışlar. Lakin dərk edə bilməmişlər ki, elm insanın fiziki, din isə mənəvi, ruhi tərbiyəsində əvəzsiz rol oynayır. Elm insanı əhatə edən varlkıqları dərk etməkdə, öz gələcəyini təbii varlıqlara əlaqələndirməkdə onun yolunu işıqlandırır. Din isə onların qəlbində iman, gələcəyə eşq və ümid yaradır.
Bildiyimiz kimi islam dini elmə, alimlərə böyük qiymət verir. Belə ki, peyğəmbərimiz kimi islam dini elmə, alimlərə böyük qiymət verir. Beləki peyğəmbərimiz alimlərin mürəkkəbinin şəhidlərin qanından üstün dəyərə malik olduğunu buyurmuşdur.
İnsanın ali səviyyəyə çatmasında üç amil həm elm, həm də din xadimləri tərəfindən aksioma kimi qəbul edilmişdir. Həmin üç amil –elm, din və incəsənətdir.
Tarixi vərəqləyərkən görürük ki, həqiqi elm xadimləri dinə, dini xadimlər isə elmə çox yüksək qiymət vermişlər. Dinin bəşəriyyətdəki rolu barədə məşhur rus yazışısı Lev Tolstoy belə demişdir: "İnsan dinsiz ya.aya bilməz". Bu cümlənin şərhə ehtiyacı vardırmı?
Elmin bəşəriyyətdəki insanların formalaşmasındakı roluna yüksək qiymət verən islam dininə xidmət edən dini rəhbərlər və üləmalar daim elmin sahələrinin üstünlüklərindən çox geniş söhbət açmışlar. Rəsuli-Əkrəm (s) və həzrət Əlinin (ə) aşağıda nümunə gətirdiyimiz kəlamlarında çox gözəl deyilmişdir.
Həzrət Məhəmməd (s) valideynlərə müraciətlə demişdir: "Övladlarınıza elmi öyrənməyə əmr edin"!.
Peyğəmbəri-Əkrəm (s) daha sonra buyurmuşdur: "Övladların ata boynunda üç haqqı var: yaxşı ad qoymaq, yazmağı və elmi öyrətmək və həddi-buluğa çatdıqda evləndirmək".
İmam Əli (ə) bu barədə buyurmuşdur: "iki şəxs mənim belimi sındırdı.: imansız alim, özünü dindar kimi qələmə verən nadan". Yenə o həzrət (ə) buyurur: "Özünü abid kimi göstərən nadanlardan, günahkar və imansız alimlərdən uzaq olun. Çünki onlar cəmiyyətdə olan bütün çaxnaşmaların mənşəyidirlər".
Elmi yüksək dəyərləndirən peyğəmbərimiz (s) eyni zamanda cahilliyə qarşı da kəskin mübarizə aparmağın tərəfdarı olmuşdur. Bu fikir Quranın İnfitar surəsinin 6-cı ayəsində çox gözəl əks etdirilmişdir: "Ey insan! Səni kərəm sahibi olan Rəbbinə qarşı lovğalandıran nədir?". Peyğəmbər (s) həmişə bu ayəni oxuyandan sonra buyurarmış ki, insanı lovğalandıran onun cahilliyidir.
Axirəzzamanda elə valideynlər gələcəklər ki, dini öyrənməyə öz övladlarına mane olacaqlar (yaxud şərait yaratmayacaqlar). Mən onlardan çox narazıyam, onlar isə məndən uzaqdırlar. Həzrət Məhəmməd (s)