Miras və İslam üçün AlHassanain Network Düşüncə

MALIK ƏŞTƏR–SƏRKƏRDƏLƏRIN SƏRKƏRDƏSI

0 Nəzərlər 00.0 / 5

İmam Əli (əleyhissalam) bir qoşunu iki nəfərin Ziyad ibni Nəzr, Şürəyh ibni Haninin sərkərdəliyi altında Müaviyə ordusu ilə vuruşmaqdan ötrü cəbhəyə yollayaraq onlara İslam ordusunun qorunması düşmənin xəbərsiz olması haqda müxtəlif üsullar öyrətdi.

Sonra Malik Əştəri onların ardınca göndərib əvvəldəki iki sərkərdəyə belə sifariş etdi.

Malik İbni Haris Əştəri sizin onla-rın əmiri etdim, onun əmr göstərişlərinə qulaq asıb icra edin. Onu özünüzün zireh qalxanınız edin. O elə bir şəxsdir ki, güman etmirəm süstlük göstərib büdrəsin.

İmam Əli (əleyhissalam) başqa bir məsələdə Misir camaatına olan sifarişində Malik Əştərin şənində belə deyir:

Allahın bəndələrindən (Malik Əştər) birini sizə sarı göndərdim ki, müharibənin qorxulu vaxtı onu yuxu tutmur, düşməndən qorxmur cinayətkarlara qarşı odun şöləsindən yandırıcıdır. O, Malik ibni Haris qəbiləsindəndir. Sözünü eşidib fərmanını itaət edin.

Çünki, Malik Əştər Allah qılıncla-rından biridir. Elə bir qılınc ki, itilikdən kütlüyə qayıtmır zərbəsi təsirsiz olmur. Əgər o müharibə üçün hərəkət əmri verərsə hərəkət edin, yox əgər dayanmaq əmri verərsə dayanın. Onun gördüyü hər bir mənim gördüyüm işdir.

Mən belə bir şəxsiyyəti yollamaqda sizləri seçdim. Bundan ötrü ki, sizlərəi nəsihət edib yolu çarəni sizə göstərsin, eləcə düşmənlərinizə qarşı kəskin barışmaz olsun.”

Budur Malik Əştərin Əli (əleyhissalam)-ın yanındakı parlaq siması Doğrudan da təəccüblüdür. Görəsən İmamlardan başqa elə bir şəxs tanıyırsınız ki, Məsum İmam bu qədər ona arxayın olmuş ola?...

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə