Miras və İslam üçün AlHassanain Network Düşüncə

ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHIDINDƏN BIR NEÇƏ SÖZ

0 Nəzərlər 00.0 / 5

İbni Mülcəm o daş ürəkli özünü müqəddəs kimi göstərən qatil 40- hicri ilində ramazan ayının 19-da səhər vaxtı məsciddə namaz qılarkən Əli (əleyhissalam)-ın başına zərbət endirdi. Əli (əleyhissalam)-ın yarılmış başından axan qan məscidin mehrabını Həzrətin al qanına qərq etdi. İmamı mənzilə apardılar.

Əli (əleyhissalam) şəhadət səfəri dost görüşünə sakin olmuşdu.

Yatağının ətrafını tutmuş qohum əshabı qəhramanlar qəhramanın simasını öz qanına boyandığını görürdülər. Həzrət ruzigarın vəfasızlığından qəmgin nəzərə çarpırdı. Hamı ondan sonuncu öyüd nəsihəti gözləyirdilər. O iki gül yarpağı tək olan dodaqlarını açıb dedi: “Heç bir vaxt Allaha şərik tay tutmayın heç vaxt Peyğəmbər səlləllahu əleyhi alihi səlləmin sünnətini korlamayın. Bu iki sütunu (tövhid sünnəti) möhkəm qoruyun bu iki çırağı işıqlı saxlayın. Dediklərimi gördükdən sonra heç bir məzəmmətdən çəkinməyin.”

İmam bir neçə dəqiqə sükut edib bir daha buyurdu: “Mən dünən sizin kənarınızda idim bu gün vücudum sizin üçün ibrət nəsihətə səbəb olmuşdur sabah sizdən ayrılıram... Həyatda işiniz hədiyyə güzəşt etmək olsun. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? And olsun Allaha heç bir ölüm nişanəsi mənə tərəf üz tutmayıbdır ki, mən onu bəyənməyəm o işin başlanğıcı aşkar olmayıb ki, mən onu pis biləm.

Mənim ölümə olan eşqim gecə vaxtı su axtaran qəflətən həmçinin itgisini tapmış adamın sevincinə bənzəyir Allahın yanında olan bütün şeylər yaxşılar üçün üstündür.”

Bəli, ilk mehrab şəhidinin söylədiyi bu son sözlər dostun arxasını möhkəmləndirir, düşmənin isə belini sındırır.

 

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə