Miras və İslam üçün AlHassanain Network Düşüncə

Həcc mərasimi (2)

0 Nəzərlər 00.0 / 5

Həcc mərasimi (2)

Kəbə-Allahın evi

Təməttü ümrəsinin ikinci vacib əməli təvafdır. Təvaf-Məkkədən Kəbə evinin ətrafında 7 dövrə vurmaqdan ibarətdir.

Beləliklə, siz şəcərə məscidində ehram bağladıqdan sonra yer üzünün ən müqəddəs şəhəri olan Məkkəyə gəlirsiniz.

Məkkə-Ərəbistan yarımadasının qərb hissəsində yerləşən və çox da iri olmayan bir şəhərdir. Bütün müsəlmanların namaz vaxtı üz çevirdiyi müqəddəs Kəbə evi bu şəhərdədir. ,Həcc əməllərinin bir hissəsi Məkkənin içində bir hissəsi isə onun ətrafındakı ərazilərdə yerinə yetirilir. Həcc mövsümündə Məkkədə xüsusilə qələbəlik olur. Hər il milyonlarla müsəlman öz dini borcunu yerinə yetirmək üçün dünyanın hər nöqtəsindən buraya axışıb gəlir, hədislərdə deyilir ki, Allah yer üzündə özünə Kəbədən daha sevimli bir bina yaratmamışdır. Kəbə Allahın yer üzündə nişanəsi və ilk ibadət ocağıdır. Onun yaşı bəşərin tarixi ilə ekizdir. Dini rəvayətlərə görə, kəbənin ilk memarı Bəşəriyyətin atası Adəm peyğəmbərin (ə) özü olmuşdur. Sonralar, ,Nuh (ə) tufanı zamanı Kəbə su altında qalıb uçduqdan sonra həzrəti İbrahim (ə) öz sevimli oğlu İsmasilin (ə) köməyi ilə bu müqəddəs ocağı təmir etdi. Lakin bir müddət sonra haqq yolundan dönmüş insanlar Kəbəni bütxanaya çevirib, onun içində və damında 360 büt quraşdırdılar. Həzrət Məhəmməd (s) peyğəmbərliyə çatmazdan əvvəl Məkkədə baş vermiş sel nəticəsində Kəbə üçdu və ərəblər onu yenidən tikdilər, bu işdə gələcək peyğəmbərdə iştirak etdi. Hicrətin 8-ci ilində həzrət Rəsulullah Məkkəni fəth edərək Kəbədəki bütləri sındırdı.

Məhəmməd peyğəmbərin (s) vəfatından sonra bu günə kimi 14 əsr boyunca Kəbə evi və onun ətrafındakı müqəddəs məscid (məscidül-həram) dəfələrlə təmir edilmiş və genişləndirilmişdir. Xəlifələr Ömər, osman, Əbdülməlik ibn Mərvan, mənsur, Mehdi Abbasi və başqalarının hakimiyyəti dövründə məscidül-həram ərazisində xeyli abadlıq və genişləndirmə işləri aparıldı. Ən əhəmiyyətli işlər isə xx əsrdə görüldü, 1948-ci ildən başlamış və mərhələlərlə aparılmış təmir işləri nəticəsində Məscidül-həram sahəsi ümumilikdə 356 min kv.m.-ə çatdırıldı. Bu böyük məscid ilin adi günlərində 773 min, həcc mövsümündə isə bir milyon nəfər müsəlmanı eyni vaxtda qəbul etmək imkanına malikdir. "kəbə" sözünün ərəbcə tərcüməsi "kub" deməkdir. Hal-hazırda kəbə daşdan hörülmüş və təqribən 15 metr hündürlüyə malik dördbucaqlı şəklindədir. Onun tərəflərinin ölçüsü 10-12 m e arasındadır. Kəbə ərinmiş qurğuşundan olan möhkəm bünövrə üzərində durur. Onun döşəməsi yer səthindən təqribən 1,5 metr hündürlükdədir. Şərq divarında insan boyu hündürlükdə ikitaylı qapı vardır. Həcc mövsümündə Kəbəni, üzərində qızılı saplarla Quran ayələri həkk edilmiş qara rəngli, bahalı parça ( kisvət) ilə örtürlər.

Kəbənin şərq küncündə, adam boyu hündürlükdə oyuğa məşhur "qara daş" bərkidilmişdir. Allahın müqəddəs nişanələrindən sayılan "həcərül-əsvəd" (qara daş) zaman keçdikcə kiçik hissələrə parçalandığı üçün, onun hissələrini ərinmiş gümüşlə bərkitmiş və dairəvi qəlibdə yerləşdirmişlər.

Kəbənin şimal-şərq divarının müqbilində 1,3 metr hündürlükdə yarımdairəvi divarla əhatələnmiş ərazi "hicri İsmail" adlanır. Həmin ərazidə İsmail (ə)-la anası Hacərin dəfn olunduqları rəvayət edilir. Hal-hazırda hicri İsmayıl mərmər plitələrlə döşənmişdir.

Kəbədən təqribən 13 metr şimal-şərq tərəfdə, taxtadan hazırlanmış zərif və yığcam qübbbənin altında İbrahim peyğəmbərin (ə) ayaq izlərini qoruyan daş saxlanılır (buna "məqami-İbrahim" deyilir). Rəvayətə görə,İbrahim peyğəmbər (ə) kəbəni tikərkən əli çatmayan yerlərə daş qoymaq üçün bu daşın üstünə çıxarmış. Onun ayaq izləri Allahın hökmü ilə bu daş üzərində həkk olunmuşdur. Məqami-İbrahimin (ə) eni və uzunluğu təqribən 40 sm., hündürlüyü 50 sm-dir. Bu daşı qızıla tutub xüsusi çərçivəyə salmışlar.

Təvaf

Təvaf edən şəxsin boynunda qüsl olmamalı, bədəni və geyimi nəcasətə bulaşmamalıdır. Həmçinin, dəstəmazsız halda təvaf etmək olmaz.

Kəbə ətrafında mütləq yeddi dəfə tam dövrə vurmaq lazımdır. Təvafı "qara daşın" qarşısından başlamaq və yeddi dəfə dövrdən sonra yenə "qara daşın" qarşısında bitirmək lazımdır. Təvaf saat əqrəbinin əksi istiqamətində olmalıdır, yəni gərək bütün təvaf boyu kəbə insanın sol tərəfində qalsın. Nəzərə alın ki, təvafın hüdudu kəbə ilə Məqami-İbrahim (ə) arasında qalan yerdir. Yəni təvaf təqribən Kəbədən 13 metr məsafə hüdudunda yerinə yetirilməlidir. Bu radiusdan kənara təvaf etmək olmaz. Təvaf vaxtı Məqami-İbrahimi (ə) özünlə Kəbə arasında buraxmaq olmaz. Təvaf zamanı hicri-İsmail (ə) ərazisindən keçib təvaf etmək batildir. Buna görə də, təvafın en ölçüsü bütün tərəflərdə 13 metr olsa da, hicri-İsmail (ə) qarşısında xeyli daralaraq, təqribən 3-3,5 metrə enir. Təvaf zamanı insan öz ayağı ilə yol getməlidir, öz ağırlığını başqasının üstünə salmaq, yaxud başqası tərəfindən itələnən halda irəliləmək olmaz. Təvaf zamanı oxunulması müstəhəb olan xeyli dualar vardır. Həmin duaları oxumaq, habelə Peyğəmbərin və nəslinin ruhuna salavat söyləmək təvafın savabını daha da artırır.

Budur, minlərlə müsəlman eyni istiqamətdə və eyni sürətlə təvaf edir. Hamının əynində ağ kəfəni xatırladan ehram vardır. Bütün irqi, sinfi və milli ayrıseçkilər bir kənara atılıb. Təvafı başa vuran şəxs izdihamın içindən çıxır və onun yerini din qardaşlarından biri tutur. Asta-asta hərəkət edən bu nəhəng insan toplusu öz ritmiliyi və nizam-intizamı ilə tamaşaçını heyrətə salır, ovsunlayır. Təvaf Allaha ruhlar aləmində bağlanmış əhdi-peymanı təzələməkdir. Kəbə sənin solunda qəlbinin döyündüyü tərəfdədir. Unutma, sən təvaf etməklə rəmzi şəkildə şəhadət verirsən ki, Allah sənin qəlbindədir. Axı, Kəbə evinin sahibi odur...

Təvaf namazı

Təvafdan sonra həccin üçüncü vacib əməlini Təvaf namazını icra etməlisiniz. (hənəfi məzhəbli müsəlmanlar üçün bu namaz vacib deyil sünnətdir) Təvaf namazı iki rükətdən ibarətdir və eynilə sübh namazı kimi qılınır. Onun birinci rükətində isə "fatihə"dən sonra "İxlas" surəsini, ikinci rükətdə isə "kafirun" surəsini oxumaq müstəhəbdir.

Təvaf namazını təvaf radiusundan kənarda, məqami-İbrahimin (ə) müqabilində qılmalısınız. Yəni bu zaman Məqami-İbrahim (ə) sizin qarşınızda, sizinlə Kəbənin arasında qalmalıdır. Məqami-İbrahimi (ə) arxanızda buraxıb namaz qılsanız, batil olar.

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə